Nikpey — İranın Zəncan ostanının Zəncan şəhristanının Zəncanrud bəxşində şəhər, Zəncanrud bəxşinin inzibati mərkəzi.
2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 427 nəfər və 119 ailədən ibarət idi.
Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nikpey şəhər statusunu 2011-ci ildə alıb. Şəhər öz qədim karvansarası ilə tanınır.
İstinadlar
Kateqoriya:Zəncan ostanının şəhərləri