Kamal Bani Hani (; ) — İordaniyanın Haşimi Universitetinin prezidentiHashemite University President Prof. Kamal Bani-Hani . hu.edu.jo . Mədə-bağırsaq cərrahıdır.
Həyatı Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur.
O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır.
2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur.
2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Mükafatları "Elsevier"dən "Scopus" mükafatı — aprel 2009 Tibb və səhiyyə sahəsində "Marquis Who's Who" mükafatı — 2009
İstinadlar
Xarici keçidlər
Published research of Kamal Bani Hani Personal page on NCBI
Kateqoriya:Haşimi Universiteti Kateqoriya:İordaniya akademikləri