Abdulla Əmiraslanov — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Həyatı Əmiraslanov Abdulla İslam oğlu 13 avqust 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Dövlət rəssamlıq Məktəbini, 1981-ci ildə Tibilisi Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. Abdulla Əmiraslanov 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun 1993-cü ildə Bakıda fərdi yaradıcılıq sərgisi açılmışdır. Rəssam 1971-ci ildən bu günə kimi beynəlxalq və respublika sərgilərində iştirak edib və diplomlara layiq görülmüşdür. Abdulla Əmiraslanov 1973-cü ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssam beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Azərbaycanlı rəssamın "Aşıq Ələsgər" qrafik əsəri sərginin diplomuna və pul mükafatına layiq görülüb. A. Əmiraslanov Türkiyə, İtaliya, Meksika, Danimarka və Polşada keçirilən sərgilərin də iştirakçısı olub. https://azertag.az/xeber/AZARBAYCANLI_RASSAMIN_ASARI_BEYNALXALQ_SARGIDA_MUKAFATA_LAYIQ_GORULMUSDUR-471739 http://az.baku-art.com/index.php?newsid=2429#.WzoABXT-rqA

İstinadlar

Kateqoriya:1950-ci ildə doğulanlar Kateqoriya:13 avqustda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:SSRİ rəssamları