Sərxoş - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı.
Mahnı haqqında Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Mahnı sözləri Mənasız, dağınıq, parça parça səhifələr, Yarımçıq bitmədən tükənmiş boş kəlmələr, Unudulmuş beynimdəki ən zərif zərrələr, Yaşanmış, yaşanmadan bitsəydi o zirvələr, Sən yoxsan... Titrəyən əllərin o ürkək duyğularla, Parçalar daşların qəlbimi dalğalarlara, Yalvarır dizin-dizin sürünüb arzularla Gülümsə, təbəssümün üsyanım qara torpağa Sən yoxsan, Sən yoxsan, Sən yoxsan... İtirdim beynimin zülmət qaranlığında Əks oldum kirlənmiş köhnə divarlarımda Qocaldım, sərxoşdun... Düşmədin quruyub qaldın budaqlarımda, Pozulmuş sətir kimi ömür varaqlarımdan Gecikdin, Mən yoxdum...
Həmçinin bax Məktub
İstinadlar
Kateqoriya:Qara Dərvişin mahnıları