Zeynalabdin Əli oğlu İsgəndərov () — Azərbaycan heykəltaraşı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006), Roma Rəssamlıq Akademiyasının "Fəxri professoru" (2015).

Həyatı Zeynalabdin İsgəndərov 1949-cu ildə Bakı şəhərində anadan olub. 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Heykəltaraşlıq fakültəsində təhsil alıb. 1971–1977-ci illərdə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Təhsil illərində heykəltaraş Nikolay Tomskinin emalatxanasında çalışıb.

1977-ci ildə diplom işi kimi gildən "Bulaq başında" heykəlini hazırlayıb. Bu iş yüksək qiymətləndirilib, ilin diplom işi seçilib və o, təhsilini qırmızı diplomla başa vurub.

Fəaliyyəti 1977-ci ildə Bakıya qayıtdıqdan sonra yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyib. Uzun müddət heykəltaraşlıq sahəsində pedaqoji fəaliyyət göstərib.

Ölümü Zeynalabdin İsgəndərov 27 oktyabr 2021-ci ildə vəfat edib.

Yaradıcılığı 2016-cı ildə Roma Papası Fransiskin portretini hazırlayaraq Vatikana göndərib. Bu işə görə ona rəsmi təşəkkür məktubu ünvanlanıb.

2017-ci ildə "NUR Art House" qalereyasında keçirilən "İsgəndərovlar" adlı sərgidə iştirak edib. 7–10 fevral 2019-cu ildə Azərbaycan bəstəkarı Qara Qarayevə və Azərbaycan mədəniyyətinə, incəsənətinə töhfə vermiş sənətkarlara həsr olunan "Xatirə günü: İnsan, Varlıq və Zaman" adlı sərgidə əsərləri nümayiş olunub.

2021-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərgidə onun müəllifi olduğu "Mikayıl Abdullayev" portreti sərgilənib.

Əsərləri 1982-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) 7 metr hündürlüyündə bürüncdən hazırlanmış "Lenin" abidəsi ucaldılmışdır. Abidə Sovet İttifaqının dağılmasından sonra dağıdılmış və günümüzə gəlib çatmamışdır. 1991-ci ildə Leninqrad şəhərində Fətəli xan Xoyskinin şərəfinə monumental heykəl ucaldılmışdır. Sonradan abidə zədələnmişdir. Təbrizdə 6 şəhid generalın xatirəsinə ucaldılmış beton abidənin müəllifi olmuşdur. Onun yaradıcılığına "Səttar", "Namaz", "Külək", "Mütəffəkir", "Musiqiçi", "Bəşərin xilaskarı", "Tütünçü qadın", "Dahi", "Azadlıq", "Ölüm" və digər kompozisiyalar daxildir. Heykəltaraş Sara Qədimova, Lətif Kərimov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Leyla Bədirbəyli, Emin Sabitoğlu, Möhsün Sənani və başqa şəxslərin qəbirüstü abidələrini və barelyeflərini hazırlamışdır.

Mükafatları və fəxri adları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 29 dekabr 2006 2010-cu ildə İtaliyanın Fonte-Nova sənət mərkəzinin Romada təşkil etdiyi beynəlxalq heykəltaraşlıq simpoziumunda onun əsəri seçilmiş 13 iş arasında yer alıb və mükafata layiq görülüb. Romada keçirilən heykəltaraşlıq üzrə beynəlxalq simpoziumda mükafata layiq görülüb 2015-ci ildə Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb.

3-cü dərəcəli "Əmək" ordeni — 16 oktyabr 2021

İstinadlar

Mənbə Zəhmətə verilən qiymət sənətdə yeni səhifələr açır "Rəng, fırça, kətan qıtlığından əziyyət çəksəm də…

Xarici keçidlər Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında 29 dekabr 2006-cı il tarixli 1887 nömrəli Fərmanı Roma Papasının portretini yaradan soydaşımız https://az.trend.az/azerbaijan/society/2553923.html https://www.bayraqdar.info/2021/12/23/mikayil-abdullayevin-100-illiyin%C9%99-h%C9%99sr-olunan-s%C9%99rgi/

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar rəssamları Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri Kateqoriya:Azərbaycanlı heykəltaraşlar Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:SSRİ heykəltaraşları