El Anatsui (; ) — alüminium örtüklər, qutular və metal əşyaları ilə tanınan müasir Afrika rəssamı.

Bioqrafiya El Anatsui 1944-cü ildə Qanada anadan olmuşdur. 1965–1969-cu illərdə Kvame Nkruma adına Elm və Texnologiya Universitetinin İncəsənət Kollecində təhsil almışdır. Qanada təhsilini başa vurduqdan sonra Nigeriyanın Enuqu əyalətində yerləşən Nigeriya Universitetinin Nsukka kampusunda dərs deməyə başlamışdır. Onun əsərləri və heykəlləri Afrika, Avropa, ABŞ və Yaponiyada geniş nümayiş etdirilmişdir. Anatsui doğma Qana ilə sıx əlaqələrini qoruyaraq Nigeriyada yaşamağa və işləməyə davam etmişdir.

Yaradıcılığı Anatsui 1960–1970-ci illərdə Qərbi Afrikada müstəqillikdən sonra milli və regional bədii ənənələrin yenidən canlandığı dövrdə yaradıcılığa başlamışdır.

Yenilikçi yaradıcılığı ilə beynəlxalq səviyyədə tanınan Anatsuinin əsərlərinin əsas mövzularından biri xarici qüvvələrin təsiri nəticəsində Afrika mədəniyyətində baş verən dəyişikliklərdir. Onun mürəkkəb və monumental əsərləri Afrika incəsənətinin ziddiyyətli tarixini müasir təsirlərlə birləşdirən orijinal sintez təşkil edir. Qana və Nigeriyanın estetik ənənələrindən bəhrələnən əsərlərində Qərbi Afrikanın mədəni, sosial və iqtisadi tarixi əks olunur.

Materiallar Anatsui yaradıcılıq karyerası boyunca ağac, keramika və boya da daxil olmaqla müxtəlif materiallardan istifadə etmişdir. Sonralar metal əşyalarla işləməyə başlamış, yüzlərlə, hətta minlərlə metal elementdən irimiqyaslı əsərlər yaratmışdır.

Şəxsi sərgilər 2009 Process and Project 2008 Earth Growing Roots, San Diego State University Art Gallery 2008 Gawu 2008 Jack Shainman Gallery 2007 Gawu, Fowler Museum at UCLA 2007 Hood Museum of Art 2006 Asi, David Krut Projects 2005 Danudo, Skoto Gallery 2005 GAWU, Samuel P. Harn Museum of Art, Gainesville 2004 Gawu, Model Arts & Niland Gallery 2003 Oriel Mostyn Gallery 2002 October Gallery 1998 A Scultped History of Africa, October Gallery

İctimai kolleksiyalar Stiftung Museum Kunst Palast Ghana National Art Museum Setagaya Art Museum Jordan National Gallery of Fine Arts British Museum Akron Art Museum The High Museum of Art Samuel P. Harn Museum of Art, Gainesville Hood Museum of Art University of Iowa Museum of Art Fowler Museum at UCLA The Metropolitan Museum of Art The de Young Museum National Museum of African Art

Mənbə http://artinvestment.ru/news/artnews/20090819_el_anatsui.html https://web.archive.org/web/20100312032449/http://www.octobergallery.co.uk/microsites/anatsui/ https://africa.si.edu/exhibits/gawu/about.html http://www.artfacts.net/en/artist/el-anatsui-54637/profile.html

Kateqoriya:Əlifba sırasına görə şəxslər