Qolodomor (, ukrayn dilindən tərcümədə "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlmişdir.) – 1932–1933-cü illərdə dönəmin Sovet Ukraynasında indiki, Ukrayna və Rusyanın Kuban əyalətində süni olaraq törədilən qıtlıq səbəbilə 8 milyondan çox insanın öldüyü soyqırım aktı. Tarixşünaslıqda bu hadisə Qıtlıq-soyqırımı, Böyük qıtlıq və ya Ukrayna soyqırımı adları ilə də tanınan 1932–1933-cü il hadisələri ölkənin başlıca taxıl ehtiyatlarına da təsir edən qıtlığın bir hissəsi idi.Boriak, Hennadii. Sources for the Study of the "Great Famine" in Ukraine (Cambridge, Massachusetts 2009) Bu zaman əksəriyyəti etnik cəhətdən ukraynalı olan ölkənin böyük bir nüfusu aclıqdan ölmüşdür. 2006-cı ildən Qolodomor Ukrayna və başqa 15 dövlət tərəfindən Sovet hökumətinin ukrayn xalqına qarşı törətdiyi soyqırım hadisəsi olaraq tanınmaqdadır. Soyqırım zamanı nə qədər insanın öldüyü haqqında fikirlər müxtəlifdir. Bəzi qaynaqlara görə 12 milyon etnik ukraynalının həyatını itirdiyi haqqında məlumatlar mövcuddur. Lakin 2003-cü ildə BMT tərəfindən qəbul edilmiş və 25 ölkənin imzaladığı qətnamədə ölü sayısı 7–10 milyon aralığında göstərilmişdir. 2010-cu ildə Kiyev Apelyasiya Məhkəməsinin qərarına əsasən isə aclıqdan qaynaqlanan demoqrafik itki 10 milyona yaxın idi.
Bəzi tarixçilərin fikirlərinə görə qıtlıq Stalin tərəfindən Ukraynada müstəqillik hərakatına son qoymaq məqsədilə həyata keçirilmişdi, lakin hərəkatın ən qaynar nöqtəsi sayılan Ukraynanın qərbi Polşanın tərkibində olduğu üçün soyqırıma məruz qalmamışdı. Soyqırımın əsas səbəbləri günümüzdə də tarixçilər arasında müzakirə mövzusu olaraq qalmaqdadır.
Etimologiyası Qolodomor ukrayn dilindən tərcümədə "aclıqdan ölmək" və ya "acından öldürmək" mənasına gəlməkdədir. Bəzən bu ifadə ingilis dilindən "aclıqla öldürmək" kimi tərcümə edilir. Qolodomor ukrayn dilində "qolod" – aclıq və "mor" – xəstəlik sözlərinin birləşməsindən əmələ gəlmişdir. "Moriti" felinin tərcüməsi " kimisə zəhərləmək və ya kiməsə əziyyət vermək" deməkdir.
İlk dəfə Qolodomor ifadəsi 1930-cu ildə Ukrayn diasporasının Çexoslovakiyadakı nəşrlərində, daha sonra 1978-ci ildə ABŞ və Kanadadakı ukraynalı mühacir təşkilatlar tərəfindən istifadə edilmişdir. Buna baxmayaraq Ukrayna SSR-də Stalinin ölümündən sonra belə aclıqla bağlı məlumatlar nəzarət altında idi. Belə ki, 1956-cı ildən sonrada tarixçilər qıtlıqdan bəhs edərkən sadəcə "qida çətinliyi" ifadəsini işlədirdi. "Qolod" sözü isə ümumiyyətlə qadağan edilmişdi.
Qolodomorun müzakirəsi 1980-ci illərdə Qlasnostun tərkib hissəsi olaraq daha açıq şəkildə aparıldı. Ukraynada bu ifadəni ilk dəfə rəsmi olaraq 1987-ci ildə Vladimir Şerbitski Sovet Respublikalarının 7-ci qurultayındakı çıxışında işlətmişdir. Daha sonra Ukrayna Yazıçılar Birliyinin sədri, Ukrayna KP-nın ideoloji məsələlər üzrə sədr müavini Aleksey Muşiyenko 1988-ci ildəki bir nitqində Qolodomor ifadəsinə diqqət çəkmişdir. Qolodomor termin olaraq ilk dəfə 18 iyul 1988-ci ildə Sovet ittifaqında nəşr edilən bir məqalədə istifadə edildi. Termin 2004-cü ildə Ukrayn dilinin 2 cildlik lüğətinə daxil edilmişdir.
Tarixi
Əhatə dairəsi və illəri Qıtlıq 1932-ci ilin fevral ayından 1933-cü ilin iyul ayına qədər öz təsirini bütün Ukrayna SSR ərazisində o cümlədən, Moldova Muxtar SSR-də göstərdi. 1933-cü ilin yazında qıtlıq özünün ən yüksək nöqtəsinə çatdı. 1926–1939-cu illər ərzində Ukrayna əhalisi 6,6 % qədər artmışdı. Baxmayaraq ki, bu artım Rusiya və Belarusiya ərazisində 16,9 % və 11,7 % dərəcəsində idi.
Sovet hökumət səlahiyyətliləri 1932-ci ildə 1931-ci ildə əldə edilən 7.2 mln ton məhsulla müqayisədə cəmi 4.3 mliyon ton məhsul tədarük edə bilmişdilər. Tezliklə şəhərdəki qida rasyonu böyük miqdarda tükənmişdi və 1932–33-cü illərin qışında və 1933-cü ilin yazında bir çox yaşayış məntəqəsi aclıqla mübarizə apardı. Şəhərdəki işçilər rasyon sistemi hesabına qida ilə təmin edilsə də artıq 1933-cü ilin yazında şəhər sakinləri də aclıqla qarşı-qarşıya qaldı. Bu ərəfədə işçilərə bütün SSRİ-də aclığın olduğu bir vaxtda məhsul gizlədən əks-inqilabçılarla bağlı propaqanda məqsədli filmlər nümayiş etidirilirdi.Холодомор2009 . Retrieved 6 noyabr 2010.
Kütləvi aclıqla bağlı ilk hesabatlar 1933-cü ilin yanvar ayına, Uman ərazisində iki yaşayış məntəqəsinə aiddir. Bunlardan biri Vinnitsa digəri isə Kiyev əyalətləri idi. 1933-cü ilin yanvar ayının ortalarında artıq qida ehtiyatı tükənmiş və aclıqdan ölüm hadisələri sənədlərdə öz əksini tapmışdı. Geri çəkilmə Ukrayna Kommunist Partiyasının 1932-ci il dekabr tarixli qərarnaməsi üzrə aparılmışdı. 1933-cü il fevral ayının əvvəllərində yerli hökumət nümayəndələri və Ukrayna Dövlət Siyasət İdarəsinin bəyanatlarında qıtlıqdan ən çox əziyyət çəkən ərazinin Dnepropetrovsk əyaləti olduğu qeyd olunmuşdu. Burada əhali arasında tif və malyariya kimi xəstəliklərdə yayılmışdı. Artıq mart ayının ortalarında Kiyev əyalətində də qıtlıq özünün ən yüksək həddinə çatmışdı. 1933-cü ilin aprel ayında Xarkov bu siyahıya başçılıq edirdi. Siyahıda Xarkovun ardınca Kiyev, Dnepropetrovsk, Odessa, Vinnitsa və Donetsk vilayətləri, o cümlədən Moldova SSR gəlirdi. 1933-cü ilin may ayının ortalarından iyun ayına qədər aclıqdan qaynaqlanan kütləvi ölüm hadisələri ilə bağlı hesabatlarda Kiyev və Xarkov ətrafı ərazilər qeyd olunmuşdu. Aclığın ən az təsir etdiyi ərazi isə Çerniqov oblastı və Kiyevin və Vinnitsanın şimal bölgələri idi. Ukrayna MK-nin 8 fevral 1933-cü il bəyanatında heç bir aclıq hadisəsinin müalicə edilmədiyi bildirilmişdi. Yerli hakimiyyət orqanları aclıqdan əziyyət çəkənlərin sayı, aclığın səbəbləri, ölənlərin sayı, yerli mənbələrdən verilən qida yardımı və mərkəzləşdirilmiş şəkildə tələb olunan ərzaq yardımı barədə hesabat verməli idi. 1933-cü ildə Həftəlik Ukrayna qəzetində rabitədə çətinliklər və qıtlıq barədə geniş məlumatlar verilmişdi.
Qıtlıq illərində 2500-dən çox kannibalizm hadisəsi qeydə alınmışdı.
Qıtlığın səbəbləri left|thumb|328x328px|SSRİ ərazisində qıtlıq (1933) Qıtlığın səbəbləri həm elmi həm siyasi debatlaırn müzakirə mövzusudur. Bəzi alimlər süni qıtlığın səbəbini sovet sənayeləşməsi dövründə aparılan dəyişikliklərlə əlaqəli iqtisadi problemlərin nəticəsi kimi görürdülər. Part 1 – Part 2 – Part 3 – Part 4 Bir qism alimlər isə iddia edirdilər ki, bu Stalin rəhbərliyinin ukraynalılara qarşı yeritdiyi siyasət idi. Kollektivləşdirmə ifrat böhrana və aclığa səbəb olmuşdu. 1929–30-cu illərdə kəndlilər torpaqlarını və mal-qaralarını dövlət təsərrüfatına verməyə məcbur edildilər və nəticədə onlar müəyyən məbləğ qarşılığında gündəlik işçi kimi bu təsərrüfatlarda işləyirdilər. Ukrayna SSR ərazisində kollektivləşdirmə siyasəti çoxsaylı kəndli üsyanlarına səbəb oldu. Kənd əhalisinin 1932-ci ilə kimi pasportu olmadığı üçün kolxoz idarə heyətinin razılığı olmadan onlar kəndi tərk edə bilməzdilər. Kəndli ailələrinin yaşamasının əsas mənbəyi onların həyətyanı təsərrüfatlarından götürdüyü gəlir idi. Kollektivləşdirmənin nəticəsində taxılçılığın məhsuldarlığı aşağı düşdü. Əhalinin sayına düşən taxıl istehsalı 1928-ci ildəki 47-dən 1940-cı ildəki 40–44 s/ha düşdü. Heyvandarlıq məhsulları 40% azaldı. Beləliklə, kollektivləşdirmə kəndliləri aclıq və repressiyaya məruz qoyaraq kənd təsərrüfatına ağır zərbə vurdu.С. Уиткрофт (Stephen G. Wheatcroft), "О демографических свидетельствах трагедии советской деревни в 1931–1933 гг." (On demographic evidence of the tragedy of the Soviet village in 1931–1833), "Трагедия советской деревни: Коллективизация и раскулачивание 1927–1939 гг.: Документы и материалы. Том 3. Конец 1930–1933 гг.", Российская политическая энциклопедия, 2001, , с. 885, Приложение № 2
İlk beş illik plan Ukrayna fermalarından gözlənilən məhsulu- taxılı, şəkər çuğunduru və pambıqla dəyişdi. Bundan başqa planın düzgün idarə edilməməsi və ümumi idarəetmənin olmaması vəziyyəti daha da ağırlaşdırdı. Əhəmiyyətli miqdarda taxıl sahələri biçilməmiş qaldı. Taxılın bir hissəsi isə daşınma və saxlama zamanı itirildi. 1930-cu ilin yazında hökumət taxıl ixracını artırmaq məqsədilə qida tələbi proqramı başlatdı. 1932-ci ildə qida oğurluğunun cəzası ölüm və ya 10 illik həbs olaraq təyin edildi.'Stalinism' was a collective responsibility — Kremlin papers, The News in Brief, University of Melbourne, June 19, 1998, Vol 7 No 22Stanislav Kulchytsky, "Holodomor of 1932–1933 as genocide: the gaps in the proof", Den (newspaper), February 17, 2007, in Russian , in Ukrainian
Sovet hökumətinin yaratdığı bu süni qıtlıq ukrayn millətçiliyinə tuşlanan bir zərbə olaraq düşünülürdü. Ukrayna kəndliləri kolxozlara cəlb edilmək üçün qidadan məhrum edilməmişdilər, çünki, bolşevik kollektivləşdirməsi artıq 1932-ci ilin yayınadək sona çatmışdı. Qolodomor ilk növbədə müstəqil dövlət qurmağa can atan Ukrayna xalqının özəyi olan kəndlilərə qarşı yönəlmişdi..Stanislav Kulchytsky, "Holodomor-33: Why and how?", Zerkalo Nedeli, November 25—December 1, 2006, in Russian, in Ukrainian . Ukrayna kəndliləri kommunist ideologiyası ilə ziddiyyət təşkil edən və bolşevik liderlərinin açıq düşmənçiliyinə səbəb olan qədim ənənələrin və milli dəyərlərin daşıyıcıları idilər. Əbəs yerə deyil ki, İosif Vissarionoviç Stalin qeyd edirdi: "…kəndlilər milli hərəkatın əsas ordusunu təşkil edir… Kəndli ordusu olmadan güclü milli hərəkat olmayıb və ola da bilməz."The term anodyne administrative measure in the quote means a measure that was not meant to solve the problem but to calm the hungry crowds, or a measure which, in of itself, would not create opposition (See wikt:anodyne). The term 'Anodyne' refers to pain relieving methods, drugs or remedies, used prior to the 20th century.Andrew Gregorovich, "Genocide in Ukraine 1933", part 4: "How Did Stalin Organize the Genocide?" , Ukrainian Canadian Research & Documentation Centre, Toronto 1998.
Stalin rejiminin milli aspekti 1932-ci il dekabrın 14-də KP(b) MK və XKS tərəfindən qəbul edilmiş qətnamədə aydın şəkildə əks olunmuşdu. O, sovet Ukraynası və Kubanda taxıl tədarükünün aşağı göstəricilərini ukraynalaşdırma siyasətinin "yanlış şəkildə həyata keçirilməsi" ilə bilavasitə əlaqələndirirdi. Bu qətnamə əslində, sovet Ukraynasının və Kubanın ukraynalılar yerləşdirilmiş (bu proses 1920-ci illərdə başlanmışdı) rayonlarında milli inkişafa son qoyurdu.
Macar-ingilis jurnalist Artur Kostler Qolodomor illərini bu sözlərlə ifadə etmişdir:
Sonrakı illərdə hadisəyə münasibət left|thumb|273x273px|Qolodomor 1933, Aleksandr Vinerberqin çəkdiyi fotolardan Sovet hökumətinin fəlakəti gizlətmək üçün etdiyi cəhdlərə baxmayaraq, jurnalistlər Qarez Cons, Malkolm Macridc, İvald Ammend, Ria Klaymen və mühəndis Aleksandr Vinerberqerin fotoşəkilləri və nəşrləri sayəsində bütün dünya bu fəlakətdən xəbər tutdu. Buna cavab olaraq, Sovet İttifaqı Bernard Şou, Eduard Heriyot və bir neçə məşhuru əks-təbliğat kompaniyasına cəlb etdi. Onlar SSRİ ərazisinə səfər edərək burada aclıq görmədikləri barədə ictimaiyyətə məlumat verdilər. Almanların Ukraynanı zəbt etdiyi vaxtda işğalçı hakimiyyət orqanları Qolodomor fəlakəti və digər kommunist cinayətləri haqqında qəzetlərdə məqalələr çap etdilər.Sosnovy, S. "The Truth about the Famine" in Semen Pidhainy, ed., The Black Deeds of the Kremlin: A White Book , vol. 1 (Ukrainian Association of Victims of Russian Communist Terror: Toronto, 1953): 222–225. 1942-ci ildə aqronom Stefan Sosnovi Xarkov arxivlərindən əldə etdiyi sənədləri və Qolodomor qurbanları haqqında ətraflı statistikanı nəşr etdirdi. Müharibədən sonrakı dövrdə Avropa və Şimali Amerikadakı Ukrayna diasporu Qolodomor haqqında məlumatlar yaydı. İlk əvvəllərdə ictimaiyyətin məsələyə münasibəti bir qədər "ehtiyatlı" idi. Məlumatlar əsasən işğal edilmiş ərazilərdə yaşayan vətəndaşlardan gəlirdi, lakin 1950-ci illərdən sonra bu vəziyyət dəyişdi. 1950-ci ildən başlayaraq sağ qalanların xatirələrinə əsaslanaraq Qolodomor hadisəsi elmi cəhətdən araşdırılmağa başlandı.
Faciədə ölənlərin sayı thumb|287x287px|Ukrayna və Rusiyanın cənubunda depopulyasiyanın xəritəsi