İstehzalı proseslər nəzəriyyəsi () və ya ağ ayı effekti () – düşüncə və istəyi azaltmaq cəhdi zamanı qadağa olunmuş düşüncənin daha güclə şüurumuza gəlməsi. Effekt müxtəlif psixoloji problemlərə şərait yaradır. İlk dəfə 1987-ci ildə Daniel Veqner tərəfindən verilmişdir.

Veqnerə görə istehzalı effekt insanlar gərgin və sıxılmış vəziyyətdə olduqda özünü daha güclü göstərir.

Təcrübə Harvard Universitetinin psixologiya üzrə professor Daniel Veqner tələbələri yığmış və onları 2 qrupa ayırmışdır. Düşüncə predmeti kimi o ağ ayını seçdi. I qrup tələbələrə ağ ayı haqqında düşünmək tələb olunan zaman II qrup tələbələrə bu haqqda düşünməmək tapşırığı verildi. Hər dəfə eksperiment iştirakçıları ağ ayı haqqda düşündüyü zaman zəngli düyməyə basmalı idilər. Eksperimentin nəticəsində aydın oldu ki, ağ ayı tələbələrin beynində dəqiqədə 1 dəfədən çox canlanır. Məlum oldu ki, qadağa ancaq qadağa olunan predmet haqqına düşünməyə daha çox vadar edir. Düşünmə prosesinə nəzarət etmək, əsas da stress zamanı qadağa olunmuş düşüncəni daha da obsessiv edir. I qrupun iştirakçılarında bu hadisə müşahidə olunmadı.

Veqner öz nəticələrini "Journal of Personality and Social Psychology" jurnalında dərc etdirmiş və "istehzalı proseslər" anlayışını daxil etmişdir.

İstinadlar

Kateqoriya:İdrak prosesləri