Fişt Olimpiya Stadionu () – Rusiyanın Soçi şəhərində yerləşən stadiondur. Stadion Soçi Olimpiya Parkında yerləşir və öz adını Fişt dağından götürmüşdür. 2014 Qış Olimpiya Oyunları üçün tikilən stadion 40000 tamaşaçı tutumuna malik idi. Stadion oyunların açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmişdir.
Stadion ilk tikildiyi vaxt qapalı bir idman kompleksi olaraq tikilmişdi. Lakin 2016-cı ildə görülən işlərdən sonra stadion üstü açıq bir futbol stadionuna çevrildi. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku və 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmişdir.
Tarixi Stadionun dizayn layihəsi Populous və BuroHappold Engineering şirkətləri tərəfindən hazırlanmışdır. Stadionun dam örtüyü 36500 kv. metrlik bir ərazini əhatə edir. Dam örtüyü qarlı zirvələr formasında tikilmişdir. Şimala açılan qübbə Krasnaya Polnaya dağlarını, cənuba doğru açılan üst göyərtə isə Qara dənizi aydın seyr etməyə şərait yaradır.Design for two major Sochi 2014 venues approved
Stadion 105×68 m ölçüdədir. Dörd stendi var
Xronologiya 2006. İlkin hesablamalara görə tikintinin dəyəri 1,7 milyard rubl təşkil edir. 2008. Stadionun tikiləcəyi ərazi təmizlənməyə başladı. 2010. Stadionun inşası başlandı və "Özünüzə inanın, birlikdə qazana biləcəyik" cümləsi yazılmış simvolik kapsul dikildi. 2011. İlkin dizayn dəyişdirilir. 2013. Stadionun tikintisi başa çatdırılır.
Stadion 779 milyon $-a tikildi. İdman kompleksi hal-hazırda Rusiya milli futbol komandasının təlim mərkəzidir və arabir matçlarına da ev sahibliyi edir.
Olimpiya oyunlarından sonra 2015-ci ilin yanvarında 3 milyard rubl (46 milyon $) Konfederasiyalar Kuboku və Dünya Kubokuna görə stadion yenidən qurulmağa başlandı. Əsas dəyişikliklərdən biri stadionun damının götürülməsi idi. Çünki, FİFA üstü qapalı stadionlarda oyunun keçirilməsinə icazə verir. İşlərin 2016-cı ilin iyununa qədər tamamlanması gözlənilirdi, lakin gözləniləndən uzun çəkdi və 2016-cı ilin noyabrında tamamlandı.
Fişt Olimpiya Stadionu həm mundiala həm də qış olimpiya oyunlarına ev sahibliyi etmiş ikinci stadion oldu. (digəri Torino Olimpiya Stadionudur) Stadion həm Konfederasiyalar Kuboku həm də qış olimpiya oyunlarına ev sahibliyi edən ilk stadion oldu.
850px|thumb|center|Stadionun panoramik iç görünüşü
Futbol turnirləri
2017 FİFA Konfederasiyalar Kuboku
TarixSaatKomanda #1NəticəKomanda #2MərhələTamaşaçı sayı19 iyun 201718:00 2–3 B qrupu 2860521 iyun 201721:00 2–1 A qrupu 2513325 iyun 201718:00 3–1 B qrupu 3023029 iyun 201721:00 4–1 Yarı Final 37923
2018 FİFA Dünya Kuboku
TarixSaatKomanda #1NəticəKomanda #2MərhələTamaşaçı sayı15 iyun 2018 21:00 3–3 B qrupu 4386618 iyun 2018 18:00 3–0 G qrupu 4325723 iyun 2018 21:00 2–1 F qrupu 4428726 iyun 2018 17:00 0–2 C qrupu 4407330 iyun 2018 21:00 2–1 1/8 Final 442877 iyul 2018 21:00 2–2 (3–4 pen.) 1/4 Final 44287
İstinadlar
Kateqoriya:Rusiya stadionları Kateqoriya:Rusiya futbol stadionları Kateqoriya:2013-cü ildə Rusiyada yarananlar