Macəra axtraışında () — 1996-cı ildə Jan-Klod Van Damm tərəfindən çəkilən macəra filmidir, o həm də filmin ssenaristlərindən biri və baş rolun ifaçısıdır.
Məzmunu
Kafelərin birində yaşlı bir ziyarətçi xuliqanların dəstəsi ilə təkbətəkdir. Sarsıdılmış ustanın kim olduğu soruşulur. Xatirələr yaşlı insanı uzaq keçmişə aparır.
Tibetin İtirilmiş Şəhərinin başçısı müxtəlif ölkələrin ən güclü döyüşçülərinə "Qanq-qenq" turnirində iştirak etmək üçün dəvətnamə göndərir. Qalibin mükafatı nəgəng Qızıl Əjdahadır.
Kristofor Dyubua (Jan-Klod Van Damm) — yoxsul gənclərin dəstəsinin rəhbəridir. Quldurlar onun pullarını oğurlamağa çalışır, onların bazasına vururlar, sonra polis Dyubuanı təqib etməyə başlayır. Limanda gizlənir və gözlənilmədən oradan üzüb qaçır. Komandada "dovşan" aşkar edilir və o qula çevrilir. Dyubua tezliklə bunlardan qurtulmaq qərarına gəlir, lakin onların gəmisi ingilislər Edqar Dobbs (Rocer Mur) tərəfindən basqına məruz qalır. Döyüşdə Dobbs və Dyubua bir-birlərinin həyatlarını xilas edir. Dobbs Dyubuanı evə qaytarmağı söz verir və hələlik onun Siam yaxınlığında adada qoca muay tay müəlliminin nəzarətində qalmasına razılıq verir.
Bir müddət sonra nəhayət Dyubua Qızıl Əhdaha uğrunda mübarizəyə qatılır və bütün rəqiblərini məğlub edərək finala çıxır. Finalda digər bir rəqib — Monqolustan döyüşçüsü Xan ilə döyüşür. Şiddətli döyüş Dyubuanın qələbəsi ilə başa çatır.
Rollarda
Jan-Klod Van Damm — Kristofer Dyubua Rocer Mur — lord Edqar Dobbs Ceyms Remar — Maksi Devayn Canet Qann — Karri Nyuton Cek Makki — Harri Smit Aki Aleonq — Xao Abdel Qissi — Xan, monqol döyüşçüsü Stefanos Miltsakakis — Yunan döyüşçüsü Onq Soo Han — Korean Fighter Luis Mendilor — Riqqi Çanq Çinq Penq Çaplin — Tçi ustası Peter Uong — Çin döyüşçüsü (Şaolin) Kitao — Kyoşiro Oyama (sumo) Sesar Karneiro — Braziliya döyüçüsü (kapoeyra) Habby Heske — Almaniya döyüşçüsü Peter Malota — İspaniya döyüşçüsü Azdine Nuri — Türkiyə döyüşçüsü Mark Anthoni Baca — Stuntman
İstinadlar
Xarici keçidlər Macəra axtarışında filmi azərbaycan dilində
Kateqoriya:1996-cı ilin filmləri Kateqoriya:Jan-Klod Van Dammın filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:1996-cı ilin ABŞ filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:1990-cı illərin döyüş filmləri Kateqoriya:Dram filmləri