Əbu Məhəmməd Bahaəddin Abdullah ibn Əbdürrəhman ibn Abdillah ibn Aqil əl-Həmədani (; ) — İbn Malik ət-Tainin "əl-Əlfiyyə"sinə yazdığı şərhlə tanınan dilçi və fəqih.

Həyatı 1299-cu ildə Hələb yaxınınlığındakı Balis qəsəbəsində dünyaya gəlmişdi. Qahirədə doğulduğu da rəvayət edilir. 1294-cü il və ya 1301-ci ildə doğulduğunu qeyd edən mənbələrdə də vardır. Nəsli Məhəmmədin əmisi oğlu Aqil ibn Əbu Talibə gedib çatdığı üçün "İbn Aqil" ləqəbi ilə tanınır. "Misiri", "Balisi" və "Hələbi" nisbələri ilə yanaşı əcdadları arasında Həmədan və Amiddə (Diyarbəkir) yaşayanlar olduğundan "Həmədani" və "Amidi" nisbələriylə də tanınır.

İlk təhsilini tamamladıqdan sonra təhsilini ilərilətmək amacıyla Qahirəyə gedən İbn Aqil burada on iki il sürəylə Əbu Həyyan əl-Əndəlüsinin dərslərinə davam etdi. Ondan İbn Malikin "ət-Təshil"i ilə Sibəveyhinin "əl-Kitab"ını oxudu. Daha sonra Ələddin Konəvidən Ərəb dili və ədəbiyatı, təfsir, kəlam, məntiq, fiqh, xilaf və üsul, Xətib əl-Qəzvindən bəlağət, Təqiyyəddin ibn əs-Saiğdən qiraət dərsləri aldı. "Vəzirə" ləqəbiylə tanınan Sittül-Vüzəra, Bədrəddin ibn Cəmaa, Şərəfəddin ibn əs-Sabuni, Zeynəddin əl-Kəttani, Həsən ibn Ömər əl-Kürdi kimi alimlər də müəllimlər arasında yer almaqdadır.

İbn Aqil, 1327-ci ildə Misir qazısı olan müəllimi Xətib əl-Qəzvin və İzzəddin ibn Cəmaaya qazı naibi oldu. 1358-ci ildə İbn Cəmaanın Əmir Sarqatmış tərəfindən çıxarılması ilə boşalan Misir qazılığına gətirildi. Ancaq bu vəzifədə əmirin həbs olumması səbəbiylə səksən gün qala bildi. İdari vəzifələrinin yanında Qahirədə Kutbiyyətül-kübra (əl-Ətiqə) mədrəsəsi, İmam Şafii zaviyəsi, Haşşabiyyə zaviyəsi və Nasiri məscidində başda təfsir və fiqh olmaq üzərə İslami elmlərin həmən hər fənnində dərslər verən İbn Aqil, müəllimi Əbu Hayyandan sonra Qahirə İbn Tulun məscidi müdərrisliyinə gətirildi. Burada verdiyi dərslər çox rəğbət gördü. Tədris fəaliyətini vəfatına qədər davam etdirən İbn Aqilin tələbələri arasında yeznəsi Şeyxülislam Siracəddin Ömər ibn Raslan əl-Bulkini, nəvələri qazıl-quzat Cəlaləddin Əbdürrəhman ibn Ömər əl-Bulkini və Bədrəddin Məhəmməd ibn Ömər əl-Bulkini ilə Vəliyəüddin əl-İraqi və Cəmaləddin ibn Zahirə kimi bir çox alim vardır.

İstinadlar

Ədəbiyyat J. Schacht, "Ibn Aķil", EI² (İng.), III, 698–699; Reza Ənzabi Nəjad — Məhəmməd Mehdi Müəzzin Cami, "İbn Aķil", DMBİ, IV, 320–322.

Xarici keçidlər

Kateqoriya:Dilçilər Kateqoriya:Misir yazıçıları