thumb|"Marselyeza"nın müəllifi Ruje de Lil ilk dəfə öz əsərini ifa edir. Klod Jozef Ruje de Lil (; ) — fransız şairi və bəstəkarı, 1792-ci ildə "Marselyeza" inqilabi himninin sözlərini və musiqisini yazmışdır.

Həyatı Klod Jozef Ruje de Lil 10 may 1760-cı ildə Yura departamentinin Lon-le-Sonye şəhərində anadan olmuşdur. Valideynləri burjua təbəqəsinin nümayəndələri idi. O, Klod-İqnati Ruje və Janna Madlen Qayandın səkkiz övladından yaşca böyüyü idi.

Musiqiyə həvəsi hələ uşaqlıq illərindən özünü göstərmişdir: ailəsinin də yaşadığı Montegü kəndinin meydanında sərgərdan musiqiçilər konsert verməyə gəlmişdilər.Lons, une "petite" ville en lettres capitales at La Terre de chez nous (in French) 10 aprel 2004. İstifadə tarixi: 2018–08-05. Həmin konsertdən alınmış təəssürat o qədər böyük olur ki, balaca oğlan həmin musiqiçilərdən ayrıla bilmir və onları xeyli uzaqlara qədər ötürür. Hətta evdə onun itkin düşdüyünü fikirləşirlər.

Atası onu hərbi məktəbə hazırlayırdı, elə bu məqsədlə də Klodu yerli kollecə göndərirlər. Valideynləri ona musiqi ilə yalnız – skripkada həvəskar səviyyədə ifa etmək hüdudunda məşğul olmağa icazə verirdi.

1776-cı ildə o, Parisə gəlir və hərbi məktəbə daxil olur. Orada oxumaq üçün soyada mütləq "de" zadəgan hissəciyinin əlavə olunması tələb olunurdu. Bu faktı həmin nəslin davamçılarından olan Amadey Ruje de Lil 1863-cü ildə nəşr olunmuş qeydlərində təsdiq edirdi:

1782-ci ildə hərbi məktəbi bitirən Ruje de Lil hərbi mühəndis oldu və kapitan rütbəsinə alanadək xidmətini davam etdirdi. Onun adını əbədiləşdirən "Marselyeza" isə 1792-ci ildə Strasburqda yazılmışdır. Mahnının birinci hissəsi "Reyn ordusunun mübariz mahnısı" () adlanırdı. "Marselyeza" adının qoyulması isə nisbətən sonrakı dövrdə siyasi xadim Şarl Jan Mari Barbarunun adı ilə bağlıdır. left|thumb|250x250px|Rəssam İzidor Pils. "Reyn ordusunun mahnıları"nın müəllif ifası. İstehkam zabiti olan Ruje de Lil mötədil respublikaçı idi. O, yakobinlərin hakimiyyətə gəlişindən sonra istefa verdi. Daha sonra əksinqilabi fəaliyyətdə ittiham olunaraq, həbsxanaya salındı. Robespyer rejiminin çökməsi Rujenin həyatını xilas etdi. O, termidor çevrilişindən sonra azadlığa çıxdı.

Ruje de Lil "Marselyeza" üslubunda bir neçə başqa mahnılar da yazmışdır. Onlar 1825-ci ildə "Fransız mahnıları" () toplusunda çap olunmuşdur. Orada həmçinin digər müəlliflərin əsərlərinə Ruje de Lilin musiqi yazdığı 50 mahnı da yer almışdı. Onun 1797-ci ildə yazdığı "Şeir və nəsrdə esse" () əsərinə bu yazılar daxil edilmişdi: "Marselyeza"nın mətni; Həssas uşaq haqqında Adelaide et Monville hekayələri; Bir neçə başqa şeirlər.

O, İvan Krılovun təmsillərini fransız dilinə tərcümə etmişdir. Ruje sensimonistlər hərəkatının üzvü idi və onlar üçün ayrıca himn yazmışdı. Ömrünün sonlarında Şuazi-le-Rua şəhərində yoxsulluq içində yaşayırdı. 1836-cı ildə elə həmin şəhərdə vəfat etmişdir.

Onun külü Şuazi-le-Ruadan Parisdəki Əlillər evinə aparılıb. 14 iyul 1915-ci ildə Napoleonla yanaşı dəfn olunub.The Marsellaise. Honouring its author Hawera & Normanby Star 26 October 1915, at National Library of New ZealandTribute to Composer The Argus (Australia), 16 July 1915, p.7, at Trove

İstinadlar

Qeydlər

Ədəbiyyat Радиге А. Французские музыканты эпохи Великой французской революции / Пер. с франц. Г. М. Ванькович, Н. И. Игнатовой. Под ред. М. В. Иванова-Борецкого. — М., 1934.

Xarici keçidlər Руже-де-Лиль, Клод-Жозеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. Ст. Цвейг. Гений одной ночи. Марсельеза. 25 апреля 1792 года // Звёздные часы человечества. — Текст, 2006. — ISBN 5-7516-0592-6.

Kateqoriya:Fransa bəstəkarları Kateqoriya:Parisdə dəfn olunanlar Kateqoriya:XVIII əsr bəstəkarları Kateqoriya:XIX əsr bəstəkarları Kateqoriya:Fransa şairləri Kateqoriya:XVIII əsr şairləri Kateqoriya:XIX əsr şairləri Kateqoriya:"Fəxri legion" ordeninin kavalerləri Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Fransız masonlar Kateqoriya:Fransız şairlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri