Annapurna — Himalay sıra dağlarında bir zirvədir. 55 km uzunluğunda olan bu silsilə üzərində yerləşən Annapurna I, 8.091 metr (26.545 ft) yüksəkliyindədir və dünyanın on ən yüksək zirvəsindən biri sayılır.
Annapurna massivində 6 əsas zirvə var:
Annapurna I 8.091 m 26,545 ft. Annapurna II 7.937 m 26,040 ft. Annapurna III 7.555 m 24,786 ft. Annapurna IV 7.525 m 24,688 ft. Gangapurna 7.455 m 24,457 ft. Annapurna Cənub 7.219 m 23,684 ft.
Annapurna I səkkizminliklər arasında ilk dırmanılan zirvədir. Maurice Herzog və Louis Lachenal'dan ibarət fransız qrup zirvəyə 3 İyun 1950-ci ildə dırmanmışdır. 3 Fevral 1987-ci ildə Jerzy Kukuczka və Artur Hajzer'dən ibarət polşalı qrup səkkizminliklərdən birində ilk qış dırmanmasını həyata keçirmişdir.
Xarici keçidlər Peakware - Annapurna (ingiliscə)
Kateqoriya:Dağ zirvələri Kateqoriya:Himalay Kateqoriya:Dağ zirvəsi – səkkizminliklər Kateqoriya:Dağ zirvəsi – yeddiminliklər Kateqoriya:Nepal dağları