Pyer Qasli (fr. Pierre Gasly), ) — Fransa avtoyarışçısı, Eurocup Formula Renault 2.0 çempionu (2013).

Karyera Pyer 2006-cı ildə Fransız kartinq çempionatının kiçik sinfində karyerasına başlamış və 15-ci sırada iştirak etmişdir. 2007-ci ildə Qasli French Cadet Championship-ə getdi, ilk mövsümündə altıncı, 2008-ci ildə isə dördüncü yeri tutdu. 2010-cu ildə Pyer Fransız Avtomobil Birliyinin üzvü oldu və Avropa Çempionatı olan KF3 və WSK Euro Series-də çıxış etdi.

2011-ci ildə Pyer Fransız Formula-4-də — açıq təkərli avtomobillər sinfində debüt etdi. Sezonda yeddi dəfə podiuma çıxdı, onlardan üçü — 1-ci yer idi. Mövsümü üçüncü yerdə bitirdi.

2012-ci ildə Pyer Eurocup Formula Renault 2.0-a getdi, iki dəfə podiuma çıxaraq mövsümü 10-cu sırada tamamladı. Növbəti 2013-cü ildə artıq beş podium və üç qalibiyyətlə, Qasli seriyanın çempionu oldu. 2014-cü ildə Qasli, Formula-Renault 3.5-də iştirak etdi və yarışların nəticələrinə görə, ikinci yeri tutdu.

2014-cü ildə Pyer GP2 seriyasında ilk dəfə çıxış etdi. O, Tom Dilmannı əvəz edərək "Caterham" komandasının bir hissəsi kimi mövsümün son altı yarışında çıxış etdi. 2015-ci ildə Qasli "Dams" komandanın bir hissəsi kimi seriyada tam mövsüm keçirdi. Sezon boyunca Pyer dörd dəfə podiuma qalxdı və mövsümü 8-ci sırada tamamlandı. 2016-cı ildə Qasli Prema komandasının tərkibində GP2-də çıxışını davam etdirir.

2015-ci ilin sentyabr ayının sonunda Formula 1 Red Bull komandası Qaslinin mövsümün sonuna qədər komandanın ehtiyat pilotu olacağını elan etdi. 2016-cı ilin yanvar ayında Pyer 2016-cı il mövsümündə Red Bull komandasının ehtiyat pilotu təyin edildi. 26 sentyabr 2017-ci ildə, Qaslinin Toro Rosso komandasının bir hissəsi olaraq Malayziya və Yaponiya Formula 1 mərhələlərində iştirak edəcəyi açıqlandı.

2018 mövsümündə "Toro Rosso"nun döyüş pilotu oldu. Bəhreyn Qran Prisində ilk xalları qazandı. Monakoda isə yeddinci yeri tutdu.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt Profil Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Fransa avtomobil yarışı sürücüləri