Ulrix van Hutten (Aprel 21, 1488 – avqust 9, 1523) Martin Lüter islahatları tərəfdarı, Alman humanist, mütəfəkkir və şairdir.

Həyatı Ulrix van Hutten Greifsvald Universitetində İlahiyyat oxuyub. Müqəddəs Roma İmperatorluğunun İmperatorluq Cəngavərlərinin lideri olub. O, öz yazıları ilə Martin Lüterə kömək edib. Rotterdamlı Erasmusla protestantlıq haqqında danışıb. 1519-cu ildə yoluxduğu sifilis xəstəliyi ilə bağlı qeydlər hazırlayıb. Bu xəstəliyə yoluxan ilk insan olaraq hazırladığı qeydlər səbəbilə tibb tarixinə düşüb. Almanca və Latınca yazdığı əsərlər 5 cilddə nəşr olunub. Konrad Ferdinand Meyer tərəfindən 1872-ci ildə yazılan Huttens letzte Tage (Huttenin Son Günləri) adlı şeirləri Huttenin ölümü haqqındadır.

İstinadlar Bioqrafiya Ulrix van Hutten

Kateqoriya:Almaniya şairləri Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri