Asəf Orucoğlu, Asəf Qaya, Asəf Əliyev (Əliyev Asəf Oruc oğlu; ) — "Millət" qəzetinin redaktoru və baş redaktoru, MSK-nın sabiq üzvü.
Həyatı Asəf Orucoğlu 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Atası Göyçə mahalının Kəsəmən kəndindəndir. 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir.
Təhsili 1984-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 1996-cı ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti Asəf Orucoğlu "Millət" qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, "Araşdırma və proqnoz şöbəsi"nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib.
2003–2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.
Ədəbi yaradıcılığı Asəf Qaya imzası ilə şeirlər yazırdı. 300-ə yaxın şeirin müəllifidir.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri