Hacı Şahverdi hamamı — Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən qədim hamam.

Haqqında Hacı Şahverdi hamamı XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa edilmişdir. Abidə yerli əhali arasında "Qum hamamı" kimi tanınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir.

2008-ci ilin yayında hamamın mühafizə edilməsi məqsədilə bir sıra bərpa işləri keçirilib.

İstinadlar

Kateqoriya:Bakı hamamları Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:XIX əsrdə yarananlar