Mina Əhədi (farsca:مینا احدی) — əslən İran azərbaycanlılarından olan siyasi aktivist. Hal-hazırda İran Fəhlə-Kommunist partiyasının Mərkəzi Komitəsinin və Siyasi Büronun üzvüdür.

Həyatı 1956-cı ildə Cənubi Azərbaycanda Əbhər şəhərində anadan olmuşdur.

Həyat yoldaşı da siyasi aktivist olmuş və İran İslam Respublikası tərəfindən cütlüyün məxsusi olaraq evlilik ildönümü tarixində edam edilmişdir. Central Council of Ex-Muslims Kurzbiographie Mina Ahadi , 2007 Bu hadisə Mina Əhədinin edam hökmünə qarşı sonrakı mübarizəsinin əsas motivasiya qaynağı olmuşdur.

O, hal-hazırda Almaniyada yaşayır və işləyir. 2 qız övladı vardır.

Siyasi fəaliyyəti Mina Əhədi inanc əsaslı qanunlar sisteminə qarşıdır və bütün vətəndaşların bərabər olacağı hüquq sistemini dəstəkləyir. Bundan əlavə Mina Əhədi Edam Əleyhinə Beynəlxalq Komitənin və Daşlama (Rəcm) Əleyhinə Komitənin əsas simasıdır. O, həmçinin Almaniya Keçmiş Müsəlman Mərkəzi Şurasının əsas qurucusudur. Central Council of Ex-Muslims: Kurzbiographie Mina Ahadi , 2007 Bu təşkilatın əsas məqsədi İslamdan imtina etmiş şəxslərə arşı olan düşüncənin dəyişməsi üçün mübarizə aparır.

Son dövrlərdəki ən böyük fəaliyyəti Nazənin Fatehinin İranda azadlığa buraxılmasına nail olmuşdur. Keçmiş Müsəlmanlar Mərkəzi Şurasındakı fəaliyyətinə görə İran islam Respublikası mərkəzi qüvvələr tərəfindən dəfələrlə ölümlə təhdid edilmişdir. Buna görə də ictimai yerlərdə yalnız polis qoruması ilə olur. Central Council of Ex-Muslims Kurzbiographie Mina Ahadi (German), 2007 Anna Reimann: Vorkämpfer für Islam-Austritte mit dem Tod bedroht , Der Spiegel, February 21, 2007

2007-ci ilin 20 oktyabrında İlin Dünyəvisi mükafatı ilə təltif edilmişdir. Onu bu mükafata Birləşmiş Krallıq Sekulyarizm Cəmiyyəti layiq görmüşdür.

İstinadlar

Kateqoriya:Alman dili Kateqoriya:Ateistlər Kateqoriya:Avstriya siyasətçiləri Kateqoriya:İran azərbaycanlısı siyasətçilər Kateqoriya:İran feministləri Kateqoriya:İran kommunistləri Kateqoriya:İranlı keçmiş müsəlmanlar Kateqoriya:XX əsr İran şəxsləri Kateqoriya:XXI əsr İran siyasətçiləri