Kvokka və ya Qısaquyruq kenquru () — Kenqurular fəsiləsinə, Qısaquyruq kenqurular cinsinə aid olan yeganə növ.

Ümumi xüsusiyyətlər Kvokkalar xarici görünüş baxımından kenqurular və vallabilər nisbətdə quyruqları daha kiçik olur və müdafiə xarekteri daşıya bilmir.Bala kenquruya bənzəsə də, ağaclara və 1.5 m olan kollara dırmaşa bilir. Böyük ölçülü ev pişiyi və ya orta ölçülü köpək boyda olurlar. Bədənin uzunluğu yarım metr, quyruğu isə 30 sm-dir. Çəkiləri 2,5 - 5 kq arasında dəyişir.Heyvanlarda gecə həyat tərzi keçirir. Rotte adasına gedən ziyarətçilərə bu canlıya insan qidası vermək qadağan edilib. Çünki, canlının həyatı üçün çox təhlükəlidir. Xüsusi üz quruluşu sayəsində üzləri sanki gülür. Buna görə də ona dünyanın ən xoşbəxt heyvanı titulu verilib. Tülkü, pişik kimi yırtıcı canlıların olduğu ərazilərdə yayılmır.

Bu səbəbdən Bold, Rottnest, Pinqvin adalarında və qitənin albani rayonu ərazisinə yayılmışlar. Bu ərazilərdə tülkü və pişiklərə rastlanmadığından bu canılar sərbəst şəkildə yayıla bilirlər. Əsasən quru otlaqlar və kolluqların bol olduğu əraziləri üstün bilsələrdə, quraqlıq dövründə bataqlıqlara üz tuturlar.

Çoxalması Çütləşdikdən sonra bir bala doğur. Ancaq bu balanı itirdikdə çütləşmədən digər embrion inkişaf edə bilir. Ehtiyat embrion «dremlet» ananın daxilində inkişaf edir. Doğulmuş bala artıq böyüyüb kisəni tərk etdikdə ehtiyat embriyon doğulur. Təbiətdə orta ömür müddəti 10 ildir.

Qırmızı kitab Həssas növlər siyahısına daxildir. Yayıldığı ərazilərin kənd tərərrüfatına cəlbi onların sayına təsir göstərir. Pişik və itlər tərəfindən gələn təhlükə isə bu problemi daha da dərinləşdirir. 1996-cı ildən bəri quokkalar "nəsli kəsilmək üzrə olan və ya nadir heyvanlar" siyahısına salınıb. https://www.turkustan.az/news/the-world/61763

Qalereya

İstinadlar

Kateqoriya:Avstraliya endemikləri Kateqoriya:1842-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Həssas növlər