Helsinki Dizayn Muzeyi (, ) — Finlandiya paytaxtında yerləşən, həm Finlandiya həm də xarici sənaye, moda və qrafik dizayn nümunələrinin sərgiləndiyi muzeydir. Muzey Helsinkinin Korkeavurenkatu küçəsində yerləşir və Finlandiyanın Dövlət mülkiyyətinə daxildir. Bina 1873-cü ildə tikilib və 1978-ci ildən bəri muzey kimi fəaliyyətini davam etdirir. Muzey binasında dizayn işləri 1894-cü ildə memar Qustaf Nüström tərəfindən neoqotika üslubunda aparılıb. 2002-ci ildə muzey adını Designmuseo ("Dizayn Muzeyi") kimi dəyişməyinin səbəbi bir əvvəlki adının çox uzun və mürəkkəb olması idi. Həmçinin muzeydə kafe və mağaza fəaliyyət göstərir. 2017-ci ildə Finlandiya Respublika günü münasibətilə muzey özünün yenilənmiş kolleksiyalarını qonaqların ixtiyarına vermişdir.
Muzeydə 1870-ci ildən günümüz qədər olan fin dizayn tarixi sərgilənir. Muzeydə sərgilənən nümunələrə 75.000-dən çox əşya və 100.000 rəsm əsəri daxildir. Muzeydə həmçinin beynəlxalq turizm sərgiləri, yeni nəşr edilən kitablar və sərgi kataloqlarıda təşkil edilir.
İstinadlar Kateqoriya:Dizayn muzeyləri Kateqoriya:Finlandiya memarları Kateqoriya:Helsinki Kateqoriya:Helsinki muzeyləri