Azərbaycan türbələrinin siyahısı – müxtəlif dövrlərdə vacib şəxslər (zadəganlar, müqəddəslər, şairlər və s.) üçün inşa edilmiş türbələrin siyahısı. Siyahı Dövlət adamları və onların ailələri #AdİllüstrasiyaBasdırılan şəxslərQeydlər 1 Möminə Xatun türbəsi 200px Məhəmməd Cahan Pəhləvan və anası Möminə Xatun 2 Şirvanşahlar türbəsi 200px Şirvanşah I Xəlilullah. Ölüm tarixi 1465-ci ildir. Şirvanşahlar türbəsi girişinin əks tərəfindəki iri bədənli, hündürlüyü 2.10 metr olan skeletin ona məxsus olması və Xəlilullahın 1501-ci ildə Bakının alınmasından sonra qızılbaşlar tərəfindən yandırılmış cəsədinin Divanxanada basdırılması kimi fərqli mülahizələr mövcuddur. Şahzadə İbrahim (I Xəlilullahın oğlu). Ölüm tarixi 1432-ci ildir. 19 yaşında vəfat etmişdir. Şirvanşahlar türbəsindəki beşinci qəbir ona məxsusdur. Bu qəbirdən ipək parçanın qalıqları, mavi muncuq, iynəsinin uzunluğu 36 sm olan qızıl sancaq aşkar olunmuşdur. Bikə xanım (I Xəlilullahın anası). Ölüm tarixi 1435-1436-cı illərdir. Şirvanşahlar türbəsindəki ikinci qəbir ona məxsusdur. Şahzadə Fərrux Yəmin (I Xəlilullahın oğlu). Ölüm tarixi 1442-1443-cü illərdir. Şirvanşahlar türbəsindəki birinci qəbir ona məxsusdur. 7 yaşında vəfat edən Fərrux Yəminin sümükləri təmizlənərkən kəfən qalıqlarının olması müəyyənləşdirilmişdir. Şahzadə Şeyx Saleh (I Xəlilullahın oğlu). Ölüm tarixi 1445-1446-cı illərdir. Şirvanşahlar türbəsindəki dördüncü qəbir ona məxsusdur. 2 yaşında vəfat edən Şeyx Salehin qəbrindən şirli keramika və çilçıraq hissələri aşkarlanmışdır. Əmir Bəhram. Ölüm tarixi 17 aprel 1446-cı ildir. Qaytaq düzündə şəhid edilmişdir. I Xəlilullahın zövcəsi. Şirvanşahlar türbəsindəki üçüncü qəbir ona məxsusdur. 3 Şeyx Cüneyd türbəsi 200px Şeyx Cüneyd 4 Baba Samid məqbərəsi 200px Şirvanın ilk xanı olan Ağası xanın övladlarının bəziləri və bir xanımı burada dəfn olunub. İsmail bəy Sərkər (1760-1848) - Mərzili obasının sahibi. Xədicəxanım xanım Məlik Məmməd xanın qızı ilə 1771-ci ildə evlənmişdi, 1783-cü ildə vəfat etdi. Haşim xan Sərkər (1773-1845). Cəfər bəy Sərkər (1776-1827) - 1810-cu ildə Rudbar bəylərindən Gəray bəyin qızı Soltan bikə ilə evlənmişdir. Abdulla bəy Sərkər (1778-1842). Mehdi bəy Sərkər (1780-1827). 5 Cavad xan türbəsi 200px Cavad xan 6 Vaqif türbəsi 200px Molla Pənah Vaqif 7 Yeddigünbəz türbələr kompleksi 200px Mustafa xan

İstinadlar

Ədəbiyyat

Aşurbəyli S. Şirvanşahlar dövləti (VI –XVI əsrlər). Avrasiya press, Bakı 2006.

Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Azərbaycan monarxlarının dəfn yerləri