“Ox” teleserialının üçüncü mövsümünün premyerası The CW telekanalında 8 oktyabr 2014-cü ildə baş tutmuş, final seriyası isə 13 may 2015-ci ildə yayımlanmışdır. Üçüncü mövsümə ümumilikdə 23 seriya daxildir. Üçüncü mövsümdə əsas diqqət Ox komandasının Qatillər Liqasının rəhbəri Ras al-Qulla mübarizəsinə yönəldilib. Fleşbeklərdə Oliverin Honkonqda yaşayışı, A.R.G.U.S.-la əməkdaşlığı göstərilmişdir. Üçüncü mövsümdə yeganə şouranner Mark Quqqenheym olmuşdur.
Üçüncü mövsüm hər hədtənin çərşənbə günü saat 20:00-da The CW telekanalında yayımlanmış, hər seriya orta hesabla 3.52 milyon izləyici toplamış və tənqidçilərdən qarışıq rəylər almışdır. Süjetin romantik məzmunu, Betmenə edilən həddən artıq açıq istinadlar və Ras al-Qul personajının yetərincə bitkin yazılmaması xüsusilə tənqid mövzusuna çevrilmişdir. Mövsümün ən yaxşı seriyaları kimi “Ox” serialının spin-offu olan “Fleş” serialı ilə illik krossoverin ikinci hissəsi olan “Cəsur və kobud” və əsas qəhrəmanla antaqonistin ilk dəfə açıq döyüşdə qarşılaşdığı “Qalxış” seriyası qiymətləndirilmişdir.
“Ox”un üçüncü mövsümü, ABŞ-la yanaşı digər ölkələrdə də yayımlanmışdır. Böyük Britaniyada mövsümü Sky1, Kanadada isə CTV telekanalları yayımlamışdır. Serial həmçinin Netflix və Rusiyada Sony Sci-Fi telekanalları tərəfindən yayımlanmışdır. Mövsüm ev üçün DVD formatında Region 1-də 22 sentyabr 2015-ci ildə, Region 2-də 28 sentyabr 2015-ci ildə, Region 4-də 23 sentyabr 2015-ci ildə yayımlanmışdır. Blu-ray formatda mövsüm Region A üçün 22 sentyabr 2015-ci ildə, Region B üçün isə 28 sentyabr 2015-ci ildə çıxarılmışdır. Məzmunu
II mövsümün sonunda Detstrouku zərərsizləşdirən Ox komandası Starlinq-sitinin Amanda Uollerin göstərişi ilə dağıdılmasının qarşısını alır. Baş verən bu hadisələr Roy Harperin komanda ilə daha da yaxınlaşmasını və aktiv şəkildə döyüşlərdə iştirak etməsinə imkan verir.
İkinci mövsümdə Nisə al-Qulla birlikdə Qatillər Liqasına qoşulub Starlinq-sitidən uzaqlaşan Sara naməlum səbəbdən yenidən şəhərə qayıdır. Şəhərdə naməlum oxçu tərəfindən vurulan Sara ölür. Nisə sevgilisinin qisasının alınması üçün liqa üzvləri ilə birlikdə şəhərə gəlir və qatilin qırx səkkiz saat ərzində tapılıb təhvil verilməyəcəyi təqdirdə sakinlərin qətlinə başlayacaqlarını bildirir. Oliver Saranın qatilinin çoxdan atası Malkolmla birlikdə şəhəri tərk etmiş bacısı Teya Kuin olduğunu öyrənir. Bacısını xilas etmək üçün Nisə ilə birlikdə Nanda Parbata gələn Oliver Ras al-Qulla görüşür. Ras onun bacısının əməlinin yalnız Oliverin Rasın varisliyini qəbul edəcəyi halda bağışlayacağını bildirir. Oliver imtina etdikdə Starlinqə gələn Ras Teyanı ölümcül yaralayır. Bacısının Lazar quyusu vasitəsiylə sağaldılması qarşılığında Oliver Rasın varisliyini qəbul etməli olur.
Atasının Oliveri varis seçməsindən qəzəblənən Nisə Nanda Parbatı tərk edərək Starliq-sitiyə gəlir və burda Lorel Lenslə yaxınlaşır. Nisənin məşqləri nəticəsində döyüş sənətinə yiyələnən Lorel tezliklə yeni Qara bülbül kimi Ox komandasına qoşulur. Nanda Parbatda Əl-Səhim adı ilə İblisin varisi elan edilən Oliverin yaddaşını silməyə çalışırlar. Oliver özünü qaydalara uyğun apararaq xilas olmaq üçün məqam gözləyir. Rasın virus vasitəsiylə Starlinqi dağıtmaq planın öyrənən Oliver kömək üçün keçmiş dostları və Ox komandasına müraciət etməli olur. Komanda Rasa əsir düşdükdə isə Fleş köməyə yetişərək onları xilas edir. Ras al-Qul və Ox arasında Starlinq-sitidə baş tutan təkbətək döyüş birincinin öldürülməsi ilə başı çatır. Oliver Qatillər Liqasına rəhbərliyi Malkolm Merlinə həvalə edir.
Rollarda
Əsas heyət Stiven Amell - Oliver Kuin / Kapüşon Keti Kasidi - Lorel Lens Devid Ramsi - Con Diql Villa Holland - Teya Kuin Pol Blektron - Kventin Lens Emili Bett Rikards - Felisiti Smok Kolton Heyns - Roy Harper Con Barroumen - Malkolm Merlin
İkinci heyət
Kelli Hyu - Çay Na Vey / Çinli ağ Rocer R. Kross - Lukas Hilton Aleks Kinqston - Dayna Lens Edrian Holms - Frenk Pik Keyti Lotz - Sara Lens/ Qara bülbül Sintiya Adday-Robinson - Amanda Uoller Beks Teylor-Klaus - Sin Odri Mari Anderson - Layla Maykls Karl Yune - Maseo Yamaşiro / Sarab Katrina Lou - Nisə al-Qul C.R. Ramirez - Ted Qrant / Vəhşi pişik Şarlotta Ross - Donna Smok Rila Fukuşima - Tatsu Yamaşiro Emi Qumenik - Kerri Katter / Kupidon Mett Neybl - Ras al-Qul Ostin Batler - Çeysi Mark Singer - General Metyu Şriv Kristina Koks - Seliya Kasl
Qonaq ulduzlar Kolin Donnell - Tommi Merlin Qrant Qastin - Barri Allen / Fleş Karlos Valdes - Sisko Ramon Danielle Panabaker - Keytlin Snou Brendon Rut - Rey Palmer / Atom Vinni Cons - Denni Brikuell / Kərpic
Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal kodu ABŞ izləyiciləri(milyon)
İstehsal Aktyor seçimi 170xpx|thumb|right|Mett Neybl mövsümün əsas antaqonisti olan Ras al-Qulu canlandırmışdır. “Ox” serialının üçüncü mövsümünün çəkiləcəyi The CW tərəfindən 12 fevral 2014-cü ildə elan edilmişdir. Stiven Amell, Devid Remsi, Emili Bett Rikards, Keti Kessidi, Pola Blektorn, Kolton Heyns və Uilli Hollandın daxil olduğu əsas aktyor heyəti öz rollarına qayıtmışdır. İkinci mövsümün finalından sonra Manu Benntin canlandırdığı Sleyd Uilson/Detstrouk personajı A.R.G.U.S.-un superhəbsxanasına salındığına görə, o, əsas aktyor heyətini tərk etmiş, lakin, “Qayıdış” seriyasında qonaq aktyor kimi çıxış etmişdir. Manu Bennetdən başqa Tommi Merlin rolunu canlandıran aktyor Kolin Donnel də “Sara” seriyasında qonaq aktyor kimi qayıtmışdır. Keyti Lots üçüncü mövsümün üç seriyasında rol almış, onlardan birində onun personajının Qatillər Liqasına qoşulması və Nisə al-Qulla tanışlığı təsvir olunmuşdur. Bunlardan başqa üçüncü mövsümdə Sintiya Adday-Robinson, Odri Mari Anderson və Katrina Lo da mütəmmadi olaraq öz rollarına qayıtmışlar. Əvvəlki mövsümlərdə Şado rolunu canlandırmış aktrisa Selina Jade üçüncü mövsümdə onun əkiz bacısı Meyi canlandırmışdır.
Moyra Kuin obrazının ikinci mövsümün iyirminci seriyasında ölməsindən sonra həmin personajı canlandıran aktrisa Süzanna Tompson serialı tərk etmişdir. Personajın öldürülməsini serial yaradıcıları onun xarakteri ilə izah edirlər. Belə ki, Moyra sirlər saxlamağa meylli olduğuna görə onun digər personajlarla münasibəti küsmə və barışma ardıcıllığından ibarət idi ki, serial yaradıcıları da bunun ”Ox”u “sabun operasına çevirəcəyi”ndən çəkinirdilər. Aktrisa özü qeyd edir ki, “ssenaristlər...çoxlu sayda kənar süjet xəttləri istəmirdilər...Moyranın əsas personaja çevrilməsi üçün onun ssenari xəttini əsaslı inkişaf etdirmək lazım idi. O, yalnız Oliverə görə narahat olmayacaq qədər kifayət qədər böyük fiqur idi.” Oliverin Honkonqdan zəng edərkən eşitdiyi avtocavabı yazmaq üçün on üçüncü seriyanın çəkilişləri zamanı Süzanna Tompson müvəqqəti seriala qaytmışdır. 170px|thumb|left|Serialda Malkolm Merlin rolunu canlandıran Con Barroumen üçüncü mövsümdə ilk dəfə əsas aktyor heyətinə qaldırılmışdır. “Ağılasığmaz” seriyasının yayımlanmasından sonra 15 may 2014-cü ildə Malkolm Merlin rolunu canlandıran aktyor Con Barroumenin əsas aktyor heyətinə qaldırılması elan edilmişdir. İkinci mövsümün finalında Teya Merlinlə birlikdə naməlum istiqamətə getdiyinə görə, bir çoxları onun üçüncü mövsümdəki rolunu Teyanın süjet xətti ilə əlaqələndirirdilər. Barroumenin sözlərinə görə o, “Teyaya güclü və sinik insan olmağı öyrədəcək. O, artıq güclü şəxsiyyət olsa da, daha güclü olmağa ehtiyacı var.” Aktyorun fikrincə Malkolm həm də “itirdiyi ailəsini yenidən hiss etməyə ehtiyac duyur. O, nəzarətə öyrəşdiyindən daim nəzarət etməyə meyllidir...Malkolm eqoistdir. O, ideya uğrunda canından keçəcək biri deyil.” İkinci mövsümün başlanğıcında Manu Bennetin əsas aktyor heyətinə qaldırılmasını əsas gətirən fanatlar, Malkolm Merlinin üçüncü mövsümdə əsas antaqonist olması ehtimalını da irəli sürmüşdülər. Həmin ideyanın xeyrinə olaraq qeyd edilirdi ki, Oliverin bütün səylərinə baxmayaraq, Qleydsi dağıdan və sağ qalmağı bacarmaqla Oliverə qalib gələn yeganə personaj Merlin olmuşdur.
Barroumenin əsas heyətə qatılmasından bir ay sonra The CW üçüncü mövsümdə təxmini Deniel, Set, Toşi və Akiko adlandırılan dörd yeni personajın təqdim ediləcəyini elan edir. Yaradıcıların planına görə, Deniel və Set Starlinq-sitidə müasir dövrdə, Toşi və Akiko isə fleşbeklərdə görünməli idi. Deniel, “gələcəyin texnologiyalarını yaratmağa çalışan gənc və yaraşıqlı elm adamı” kimi təsvir edilir. Məlumatda deyilir ki, ictimai obrazı ilə yanaşı onun faciəvi və gizli keçmişi də var ki, texnologiyaların tətbiqi sayəsində zamanla personajı gizli superqəhrəmana çevirməyə imkan verəcək. O, həm ictimai, həm də şəxsi həyatda Oliverin rəqibi olmalı idi ki , buna əsaslanaraq, həmin personajın da üçüncü mövsümün antaqonisti ola biləcəyi qeyd edilir. Əvvəlcə təsvir edilən personajın komikslərdə Mavi böcək kimi də tanınan superqəhrəman Ted Kord olacağı düşünülsə də, sonradan “Deniel” adı ilə nəzərdə tutulan personajın Atom adı ilə tanınan Rey Palmer olması, peronajı “Supermenin qayıdışı” filminən tanınan Brendon Rutun canlandıracağı məlum olmuşdur. 200px|thumb|right|Rila Fukuşima üçüncü mövsümdə Katana rolunu canlandırmışdır. Set haqqında məlum olan o idi ki, o, “kimiya haqqında geniş məlumata malik yaxşı təhsil almış geniş ambisiyalı cinayətkar”dır. O, “düşmənlərinin iradəsini əlindən alan dərman tətbiq etməklə onları öz nəzarəti altna alır.” İyulda məlum olur ki, bu ad altında Qraf Vertiqonun varisi olan Verner Zaytl nəzərdə tutulurmuş. Qrafın ölümündən sonra Zaytl Vertiqo istehsalını davam etdirir. Yeni Qraf Vertiqo rolunu aktyor Piter Stormare canlandırmışdır. Toşi və Akiko Honqkonqda Oliverə kömək edəcək evli cütlük kimi təsvir olunur. Onlar həm də A.R.G.U.S.-la əlaqəlidirlər və döyüş sənətinin incəliklərinə bələddirlər. Sonradan Akiko rolunu aktrisa Devon Aokinin canlandıracağı, personajın əsl adının isə Tatsu Yamaşiro/Katana olacağı elan edilir. Lakin, naməlum səbəbdən avqustda Aokinin yerinə rol üçün “Rosomaxa: Ölməzlik” filmindən tanınan aktrisa Ril Fukusima götürülmüşdür. Tatsunun həyat yoldaşını Karl Yun canlandırmışdır.
2014-cü il iyulun sonlarında üçüncü mövsümdə Oliverin əsas rəqibinin Ras al-Qul olacağı elan edilir. Bu haqqda məlumat 2014 San-Diyqeo Beynəlxalq Komik-Konunda “Qotem”, “Fleş”, “Konstantin” seriallarının pilot seriyasının və “Ox”un üçüncü mövsümünün premyera seriyasının vaxtından əvvəl göstərilməsindən sonra elan edilmişdir. Ordaca Stiven Amell üçüncü mövsümün genişləndirilmiş treylerini təqdim etmişdir. Treylerin sonunda zəngin bəzədilmiş uzun yaşıl plaşlı adam göstərilmiş, fonda isə müxtəlif personajlar Rasın həm şəxsən Oliver, həm də ümumilikdə Starlinq-siti üçün hansı təhlükəni təşkil edə biləcəyini izah etmişdilər. Treylerin yayımlandığı vaxt Ras rolu üçün aktyor hələ də seçilmədiyinə görə, personajın üzü göstərilməmişdi. Mark Quqqenheym personaj haqqında deyir: "O, güclü personajdır, xüsusilə komikslərdə təsvir edildiyi anlamda. Biz onu yola vermək və ya xırda pul kimi istifadə etmək istəmirik. Biz yalnız Ras haqqında erkən təəssürat yaratmırıq, daima onu xatırladır və adını çəkirik.” Sentyabrın əvvəlində Qatillər Liqasının rəhbərini aktyor Mett Neyblın canlandıracağı rəsmən elan edilir.
Rasla birlikdə Stiven Amell daha bir personajı – Vəhşi pişik kimi tanınan Ted Qrantı da təqdim edir. Bildirilir ki, Qrant hansısa formada Lorel Lenslə əlaqələndiriləcək və hətta, ola bilsin ki, onlar arasında romantik münasibət olacaq. Bir neçə gün sonra Vəhşi pişiyi aktyor Cey Ramirezin canlandıracağı məlum olur. Aktyor qeyd edir ki, “Komikslərdə Tedin zəngin keçmişi var. O, həyatın çox üzü ilə qarşılaşmış insandır. O bir çox qaranlıq və müharibələrdən keçmişdir...O, uşaqlara kömək etmək və onları küçələrdən yığmaq üçün idman zalı açır. Xarici görünüşü hər nə qədər sərt olsa da, o, çox xeyirxah adamdır.” 2014-cü ilin avqustunda mövsümün aktyor heyətinə Felisitinin anası Donna Smoku canlandıracaq Şarlotta Ross, 2014-cü ilin oktyabrında isə Kərpic ləqəbi ilə tanınan cinayətkar Denni Brikuelli canlandıracaq Vinni Cons qoşulmuşdur.
Yazılması