Rəhim Sadıq (Sadıx) oğlu Babayev () — Azərbaycan fleytaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2008).

Həyatı Rəhim Babayev 19 oktyabr 1930-cu ildə Bakıda anadan olmuşdur. 1973-cü ildə Ə.İsgəndərovun sinfində Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1952-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin, 1978-ci ildən həmçinin Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olmuşdur. 1958–2010-cu illərdə pedaqoji fəaliyyət göstərmişdir.

Rəhim Babayev 20 iyul 2010-cu ildə Bakıda vəfat etmişdir.

Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 sentyabr 2008 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

İstinadlar

Mənbə