Qütb TV — 1995-ci ildən 2015-ci ilə kimi fəaliyyət göstərmiş, Azərbaycanın özəl telekanallarından biri.
Tarixçə Qütb Teleradio Şirkəti 1995-ci ildə respublikanın şimal bölgəsində yaşayan əhalinin dolğun informasiya ilə təmin olunması məqsədilə yaradılmışdı. Qütb Televiziyasının verilişləri 27-ci kanalla yayımlanırdı. Telekanalın təsisçisi Mahir Orucov idi. Qütb TV-nin həftəlik yayımının ümumi həcmi 126 saat təşkil edirdi. Ümumi efir vaxtının 25 faizini ölkədə istehsal olunan proqramlar, 52 faizini xaricdə istehsal olunan proqramlar, 23 faizini şəxsi istehsal proqramları təşkil edirdi.
2015-ci ilin aprel ayında fəaliyyəti dayandırılıb və tezliyində "Günəş TV" yayıma başlayıb.
Kateqoriya:Azərbaycan televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları Kateqoriya:Fəaliyyətini dayandırmış Azərbaycan televiziya kanalları