Elçin Zeynalov (Elçin Hidayət oğlu Zeynalov; ) — Azərbaycanın sərbəst güləş üzrə məşqçisi, SSRİ əməkdar məşqçisi və əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi.

Həyat və fəaliyyəti Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub.

1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib.

Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

İstinadlar

Xarici keçidlər Gəncədə Elçin Zeynalovun 70 illik yubileyi qeyd edilib Elçin Zeynalov: Bir gümüş və bir bürünc medal tarixi nəticədir

Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycan güləş məşqçiləri