Aydın Süleymanlı ( 22 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı şahmatçı, qrosmeyster (2021). Kişilər arasında Azərbaycan çempionu (2024), yeniyetmələr arasında dünya (14 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 12 yaşadək) çempionu.
Uşaqlığı və şahmata başlaması Aydın Elşən oğlu Süleymanlı 2005-ci il martın 22-də Bakıda anadan olub. 6 yaşında 249 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 5 yaşından şahmatla məşğul olmağa başlayıb. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin arzusu ilə Aydın Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Xalid Atababayevdən şahmatın sirlərini dərindən öyrənməyə başlayıb.
Şahmat karyerası 260px|thumb|left|Aydın Süleymanlı — 2017-ci il U-12 Avropa çempionatının qalibi. Aydın 6 yaşından başlayaraq beynəlxalq yarışlara qatılıb. O, müxtəlif yaş kateqoriyalarında Azərbaycanı uşaq və yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub.
2014-cü ilin noyabrında şahmatın blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub.Yeniyetmələrimiz blits və rapid üzrə Avropa çempionatında 7 medal qazandılar // Dsport.az
2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa Çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb.
2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub.
2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub. 250px|thumb|right|Aydın Süleymanlı — 2020 -ci il "Aeroflot open" festivalının qalibi 27 fevral 2020-ci ildə Moskvada "Aeroflot open" beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq festivalın qalibi olub.
2023-cü ilin dekabrında 11 xal toplayaraq "Vüqar Həşimov Memorial-2023” superturnirinin rapid yarışlarının qalibi olub.
2024-cü ilin aprel ayında həlledici görüşdə Məhəmməd Muradlını məğlub edərək kişilər arasında Azərbaycan çempionatının qalibi olub.
Şəxsi həyatı Aydın Süleymanlı 2023-cü ilin yanvarında blokçeyn əsaslı şirkət ilə birlikdə şahmat sənayesində ilklərdən olan çoxillik NFT əməkdaşlığını açıqladı.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Aydin Suleymanli. Chess-DB.com Aydin Suleymanli. Chessgames.com Aydin Suleymanli. 365Chess.com
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat qrosmeysterləri