Dieqo Alberto Milito (; ) — keçmiș arqentinalı futbolçu, hücümçu mövqəyində oynayıb.
Dieqo Qabriel Militonun böyük qardașıdır.
Bioqrafiyası 1999–2004-cü illərdə Milito "Rasinq" klubunda çıxıș edib. O, ''Rasinq"-in həyətində 2002-ci ildə Aperturanı qazanıb. Onun kiçik qardaşı Qabriel mərkəzi müdafiəçi mövqeyində "Rasinq"-in əsas rəqiblərindən olan "Independyente"-də oynayıb.
2004-cü ilin əvvəlində Dieqo İtaliyanın "Cenoa" klubu ilə müqavilə imzalayıb. İlin sonunda "Cenoa" klubu alınma oyunlarına görə cəza olaraq seriya S1-ə göndərildikdən sonra Milito İspaniyanın "Saraqosa" klubuna keçir.
1 sentyabr 2008-ci ildə transfer pəncərəsinin bağlanmasına cəmi bir neçə dəqiqə qalaraq Cenoa Dieqo Milito-nu yenidən öz heyətinə transfer edir. Mövsümün sonunda Dieqo "Guerin Sportivo" qazetin versiyasına görə İtaliya çempionatının ilin ən yaxşı futbolçusu adlandırılmıșdır.
2009-cu ilin iyununda Milito italyan İnter Milan klubu ilə 4 illik müqavilə imzalayır.
22 may 2010-cu ildə UEFA Çempionlar Liqasının finalında "Bavariya"-ya iki cavabsız qol vuraraq "İnter Milan"a son 45 ildə ilk dəfə bu Avropanın ən nüfuzlu turnirində qalibiyyət gətirdi. Turnirin bitməsindən sonra Dieqo Milito UEFA Çempionlar Liqasının cari ilin ən yaxşı oyunçusu və ən yaxşı hücümçusu seçildi.
18 iyun 2014-cü ilde Milito "Rasinq" klubuna azad aqent statusunda keçir. Müqavilə yarım il müddətinə imzalanır..
21 may 2016-cı ildə Dieqo Milito öz karyerasında "Temperley"-a qarşı sonuncu oyunu keçirdir, harada onun komandası 2:0 hesabla nəticələnir və qolların birinin sahibi Milito olur..
16 dekabr 2017-ci ildə Dieqo Milito "Rasinq" klubunun idman direktoru (secretario técnico) vəzifəsini icra etməyə başlayır.
İstinadlar
Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Argentina milli futbol komandasının oyunçuları Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Argentina futbolçuları Kateqoriya:Əlifba sırasına görə futbolçular Kateqoriya:Əlifba sırasına görə futbol məşqçiləri Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:Argentinanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Legioner Argentina futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:2011 Kopa Amerika futbolçuları Kateqoriya:İtalyanəsilli argentinalılar Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular