Şərq adası () — Frenç-Friqat-Şols arxipelaqı ərazisinə daxil olan, sahəsi 4.5 hektara bərabər ada.«"Oh, mon Dieu, elle a disparu !" : une île hawaïenne engloutie après le passage d’un ouragan» , Le Monde, 25 octobre 2018 Ada arxipelaqın ən böyük ikinci adası hesab olunur və Şimal-qərbi Havay adaları qrupuna daxildir.«East Island, Remote Hawaiian Sliver of Sand, Is Largely Wiped Out by a Hurricane» , New York Times, 25 octobre 2018 O, Honolulu şəhərindən 890 km şimal-qərbdə yerləşir. 2018-ci ildə Valaka qasırğası zamanı ada yer üzündən tamamilə silinmişdir.

Ada qum və çınqılla örtülüdür. Ada Papahanaumokuakea milli dəniz abidəsinin bir hissəsidir. Ərazisi nəsli kəsilməkdə olan növlər sırasına daxil olan Havay monax suitisinin və yaşıl tısbağanın yaşayış məskəni hesab olunur. Havay yaşıl dəniz tısbağalarının 96%-i Frenç-Friqat-Şols arxipelaqında, yarısından çoxu isə Şərq adasında məskunlaşmışdır.

Milli Okean və Atmosfer Tədqiqatları idarəsinin sədri Çarlz Littnan adanı "yaşıl dəniz tısbağalarının məskunlaşdığı ən vacib ada" kimi təsvir etmişdir.

1944-cü ilin noyabr ayından 1952-ci ilin oktyabr ayına kimi ABŞ Sahil Mühafizəsi təşkilatı adadan LORAN radio naviqasiya stansiyası kimi istifadə etmişdir. 1946-cı ilin aprel ayında adada sunami baş vermiş və ada ərazisinə xeyli ziyan dəymişdir. 1950-ci ilin avqust ayında isə ada tayfun qasırğası təhlükəsi ilə qarşılaşmış və əhalisi digər ərazilərə köçürülmüşdür.

Qalereya

İstinadlar

Kateqoriya:Havay adaları