Brianna Sidoni Desanye (; ) — ABŞ aktrisası. Karyerasının əvvəllərində komediya janrındakı filmlərdə köməkçi rollarda oynasa da sonralar müstəqil və blokbaster filmlərdədə uğurla çıxış edərək "BAFTA", "Qızıl Qlobus" və "Oskar" kimi mükafatlara layiq görülmüşdür.

Kaliforniyanın Sakramento şəhərində anadan olan Larson evdə təhsil alıb. Altı yaşında o, Amerika Konservatoriyasının Teatrında təhsil proqramına qəbul edilən ən gənc tələbə olub. Tezliklə Los-Ancelesə köçüb və 1998-ci ildə "The Tonight Show with Jay Leno" adlı komediya sketçində aktyorluq karyerasına başlayıb. 2001-ci ildə "Raising Dad" adlı adi bir sitkomunda rol alıb və həmin il qısa musiqi təhsili alıb. 2005-ci ildə "Finally Out of P.E." albomunu buraxıb. Daha sonra Larson "Hoot", "Scott Pilgrim vs the World" və "21 Jump Street" filmərində, həmçinin "United States of Tara" televiziya seriyasında çəkilib.

Onun uğuru 2013-cü ildə müstəqil film "Short Term 12" ilə daha da artıb. Elə həmin il "The Spectacular Now" adlı başqa bir filmdə oynayıb. O, 2015-ci ildə "Trainwreck" komediya filmində köməkçi rolda çəkilib. Larson "Room" filmindəki performansına görə "Oskar" mükafatına layiq görülüb. 2017-ci ildə o, yüksək büdcəli "Kong: Skull Island" macəra filmində fotojurnalist olaraq rol aldı. Larson 2019-cu ildə "Kapitan Marvel" filmində baş rolda çəkildi.

O, 2017-ci ildə "Unikorn mağazası" filmi ilə rejissorluq debütünü etdi. Larson həmçinin cinsi zorakılıq qurbanlarını müdafiə edir və siyasi məsələlərdə fəal şəkildə çıxışlar edir.

Həyatı Brianna Sidoni Desanye 1 oktyabr 1989-cu ildə Kaliforniyanın paytaxtı Sakramento şəhərində anadan olub. Onun Milein adlı bacısı var. Onun atası fransız soyundan gəlir. O, Fransa və ABŞ vətəndaşıdır. Larsonun ana dili fransız dili olub. O, təhsilini əsasən evdə alıb. Yay aylarında dostları ilə birlikdə öz evində filmlərini çəkirdi. Altı yaşında ikən aktrisa olmaqla maraqlandı və sonra "yaradıcılıq hər zaman mənim içimdə olan bir şey idi" dedi. Elə həmim il o, San-Fransiskodaki Amerika Konservatoriyası Teatrında təhsil proqramı üçün seçildi, burada ən gənc tələbə oldu.

Filmoqrafiya İl Film Rol Qeydlər 2001 Madison Racing Girl No. 2 2004 13 Going on 30 Six Chick Sleepover Liz Daniels2006 Hoot Beatrice Leep2007 Farce of the Penguins I Need a Z-Pack Penguin Səsləndirmə Remember the Daze Angie 2008 The Babysitter Babysitter Qısametrajlı film2009 House Broken Suzy Decker Just Peck Emily Tanner Hall Kate2010 Greenberg Sara Scott Pilgrim vs. the World Natalie "Envy" Adams2011 Rampart Helen2012 21 Jump Street Molly Tracey The Trouble with Bliss Stephanie Jouseski The Arm — Qısametrajlı film; rejissor və ssenarist2013 Bitter Orange Myrtle Qısametrajlı film Don Jon Monica Martello Short Term 12 Grace WeightingUnnamed Qısametrajlı film; rejissor və Ssenarist The Spectacular Now Cassidy2014 The Gambler Amy Phillips2015 Digging for Fire Max Trainwreck Kim Room Joy "Ma" Newsome2016 Free Fire Justine2017 Kong: Skull Island Mason Weaver The Glass Castle Jeannette Walls Unikorn mağazası Kit Rejissor və prodüser Basmati Blues Linda 2013-cü ildə lentə alınıb2019 Kapitan Marvel Carol Danvers / Captain Marvel Qisasçılar: FinalJust Mercy Eva AnsleyBetween Two Ferns: The Movie Herself Kameo2021RememberingThe Writer / LightQısametrajlı film Şan-Çi və on halqa əfsanəsi Carol Danvers / Captain MarvelKameo2023 Forsaj 10 TessMarvellərCarol Danvers / Captain Marvel

İstinadlar

Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ feministləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Musiqi Kateqoriya:Uşaq aktyorlar