Voklüz (, ) — Fransanın cənubunda yerləşən, Provans-Alp-Kot-d'Azur regionun departamentlərindən biri; Sıra nömrəsi — 84. İnzibati mərkəzi — Avinyon (prefektura). Əhalisi — 555.240 nəfərdir (departamentlər arasında 48-ci yer, 2010-cu ilin məlumatları). Coğrafiyası Ərazisi 3567 km². Departamentin qərb sərhədləri boyunca Rona çayı, cənub boyunca - Dürans çayı axır.
Departamentə 3 rayon (Avinyon, Apt və Karpantra), 24 kanton və 151 kommun daxildir.
Tarixi Voklüz 1793-ci ildə Buş-dü-Ron, Drom və Aşağı Alplar dağlarının (indiki Yuxarı Provans Alpları) departamentlərindən ayrılmış ərazilərdən formalaşmışdır. Keçmiş Provans vilayətinin ərazisində yerləşir. Adı, latın adı ("Bağlı Vadis") eyni adlı kənddən gəlir. Qalereya
Xarici keçidlər Préfecture Conseil général Chef lieu de Vaucluse (Avignon)
Kateqoriya:Fransa departamentləri Kateqoriya:Voklüz departamenti