Perim adası () — Babül-Məndəb boğazında yerləşən vulkanik mənşəlli ada. Qırmızı dənizdə yerləşən Yəmənən məxsus olan ada. Perim adası boğazın ortasında yerləşdirindən onu iki hissəyə bölür. Böyük hissə Diqqat-al-Mayun () adlanır. Bu hissənin eni 20 km-dir. Kiçik hissə isə Bab-İskəndər () adlanır. Kiçik hisssənin eni 3 km-dir. Adanın sahəsi 13 km²-dir. Adada yaşayış yoxdur.
Adı
Antik dönəmlərdə adanın adı «Diadora adası» (, )Desanges J. Le Littoral africain du Bab el-Mandeb d'après les sources grecques et latines Annales d'Éthiopie. — 1978. — V. 11, № 1 — P. 95, 97-99. olaraq xatırlanır. Perim ərəb sözü olan Barimdən (zəncirdən) törəmiş addır. Albuquerque 1513-cü ildə adanı Vera Cruz adlandırmasına baxmayaraq Portuqaliyalılar Majun və ya Mayo adlandırdılar. XVII və XVIII əsrlərdə britaniya və fransız xəritələrində boğaz kimi Babül-Məndəb adlanır. XIX əsrin əvvəllərində bəzi naviqasiya təlimatların bu ad hələ də saxlanılırdıIndia Directory, or Directions for Sailing to and from the East Indies,[...], London 1836.. İngilislər 1857-ci ildə adanı qalıcı olaraq işğal etdikdən sonra Perim adı ümumi şəkildə istifadə olunmağa başlanılmışdır.
Əhalisi
Adada şirinm su mənbəyi yoxdur. Bu səsbəbdən də burada daimi yaşayış olmamışdır.
Tarixi thumb|right|250px|tarixi xəritə, 1890. 1513-cü ildə portuqaliyalı admiral Afonso de Albuquerque Perim adasına ayaq basmışdır. Ancaq adanın osmanlı nəzarətində olması səbəbindən burada qalıcı olaraq möhkəmlənə bilməmişdir. Ada fransızlar tərəfindən 1728-ci ildə işğal olunmuşdur. Onlar adanı XVIII əsrin sonlarına qədər Fransanın mülkiyyətində saxlaya bilmişlər. 1799-cu ildə isə Britaniya Ost-Hind şirkətinin Misirə hücumu zamanı işğal olunmuşdur. 1857-ci ildə isə Böyük Britaniya tərəfindən yenidən ələ keçirilmişdir. Ada ədən koloniyasına tabe etdirilmişdir. Britaniyalılar tərəfindən 1861-ci ildə mayan inşa edilmişdirPeter Pickering & Ingleby Jefferson (2012), Perim Lighthouse , section of Perim Island - The Last Colonial Outpost. Forum Gallery Aden. Accesed on 2012-07-06.. 1869-ci ildə Perim Süveyş kanalı ilə kömür daşıyan gəmilərin kömür məntəqəsi olmuşdur. 1912-ci ildə əvvəllər inşa edilmiş mayak 24 mtr hündürlüyüə qədər artırılmışdırPeter Pickering & Ingleby Jefferson (2012), Introduction , section of Perim Island - The Last Colonial Outpost. Accesed on 2012-07-06.. 1916-ci ildə Osmalı ordusu adanı ələ keçirməyə cəhd göstərsə də bir nəticə əldə edə bilməmişdir. 1967-ci ildən Perim adası Yəmən Xalq Demokratik Respublikasının mülkiyyətində olmuşdur. iki dövlətin birləşdirilməsindən sonra isə Yəmənin ərazisidir.
"Yəmən-Cibuti körpüsü" layihəsi Horns körpüsü () adlandırılan layihə yəmən vəı cibutini bir-birinə birləşdirməlidir. Bu layihə 2008-ci ildə «Al Noor Holding Investments» Dubay şirkəti tərəfindən elan edilmişdir. Bu körpünün uzunluğu 28.5 km olmalıdır. Bu layihə gerçəkləşə bilsə dünyanın ən uzun körpülərindən birinə çevriləcəkdir. Bununla yanaşı 2010-cu ilin iyun ayında Yəmənin materik hissəsi ilə Perim arası arasında 3,5 kilometrlik (2.2 mi) körpünün I mərhələsinin başlaması, Cibuti ilə Yəmən arasında bir çərçivə razılaşması imzalanana qədər təxirə salındığını elan edilmişdir. 2018-ci ilin may ayından etibarən layihədən heç bir məlumat yoxdur. İstinadlar
Kateqoriya:Yəmən adaları Kateqoriya:Yəmənin kimsəsiz adaları Kateqoriya:Vulkanik adalar Kateqoriya:Babül-Məndəb boğazı Kateqoriya:Qırmızı dəniz adaları Kateqoriya:Britaniya imperiyası Kateqoriya:Kəndlər Kateqoriya:Kimsəsiz adalar Kateqoriya:Yəməndəki vulkanlar