Əhməd Zəki Soydəmir () () — Türk əsgəri və siyasətçisi.

Hərbi fəaliyyəti 1905-ci ildə hərbi məktəbi və 1908-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. Birinci Dünya müharibəndə Çanaqqala cəbhəsində vuruşmuş və 57-ci alayın 1-ci tabor komandiri kimi Qanlısırt, Mərkəztəpə kimi bölgələrdə gedən döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə yaralanaraq bir müddət xəstəxanada yatdı. Daha sonra isə 21-ci alay komandirinin müavini vəzifəsinə təyin edildi.

Sakarya meydan döyüşündən sonra 6-cı tümən, daha sonra isə Mürəttəp tümən komandiri kimi xidmət göstərdi. Böyük hücumda 2-ci süvari tüməninin komandiri idi. 31 avqust 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. Müharibədən sonra "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı.

6 iyun 1924-cü ildə Ümumi Jandarma Komandanlığına təyin edildi. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi.

Siyasi fəaliyyəti 17 dekabr 1934-cü ildə hərbi xidmətdən təqaüdə çıxdıqdan sonra V, VI və VII dövrlərdə Ərzurum, VIII dövrdə isə Çanqırının millət vəkili kimi Türkiyə Böyük Millət Məclisinin üzvü oldu.

1988-ci ildə İstanbuldakı Ədirnəqapı Şəhid məzarlığındakı nəşi Türkiyə Dövlət məzarlığına köçürüldü.

Medal və təltifləri "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

İstinadlar

Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 221.

Kateqoriya:Türkiyə generalları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları Kateqoriya:Makedoniya türkləri