Qneys — çökmə və ya püskürmə süxurların metamorfizmə uğraması nəticəsində əmələ gələn süxur. Birinci halda paraqneyslər, ikinci halda isə ortoqneyslər əmələ gəlir. Qneys əsas etibarilə çöl şpatlarından, mika, buynuzdaşı (hornblend), qranitlərdən, kvars və b. minerallardan təşkil olunmuşdur. Qneys təşkil edən ayrı-ayrı mineral dənələrinin yerləşməsi paralel-təbəqəli quruluşla səciyyələnir.

Həmçinin bax Çökmə süxurlar Püskürmə süxuru

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679

Kateqoriya:Geologiya terminləri Kateqoriya:Metamorfik süxurlar