Nail Ələkbərov () — rəssam.

Haqqında Nail Ələkbərov 1979-cu ildə Bakıda anadan olmuşdur. Rəssam Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirmiş (1998), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsində təhsil almışdır (2004). O, Fransanın Limoj şəhərindəki École Nationale Supérieure des Beaux-Arts Milli İncəsənət məktəbində təhsilini davam etdirmiş və 2011-ci ildə Liondakı Lumiere Universitetində kinematoqrafiya ixtisası üzrə magistr təhsili almışdır.

Yaradıcılığı Yeddi gözəl thumb Nail Ələkbərov "Yarat" Müasir İncəsənət Məkanı layihəsində iştirak edərək, Azərbaycan xalqının tarixi keçmişini, ənənələrini özündə əks etdirən "Yeddi gözəl" əsərini yaratmış və təqdim etmişdir. "Yeddi gözəl" Bakının mərkəzində - İçərişəhərdə ucaldılmışdır. Əsərləri beynəlxalq sərgi və simpoziumlarda nümayiş edilmişdir.

Seçilmiş fərdi sərgilər:

2012 - MAPRA qalereyası. 2011 - La Biennale de Lyon - resonance - MAPRA qalereyası. Lion, Fransa. 2010 - DALBE qalereyası. Lion, Fransa.

Seçilmiş qrup sərgilər

2011 - “Foreword”, “YARAT!” Müasir İncəsənət Məkanı. Bakı, Azərbaycan. 2009 - Le Prince Gallery. Lion, Fransa. 2008 - ENSA – Limoges gallery. Limoj, Fransa. 2008 - Synthesis - biennale. Bisbal, İspaniya. 2008 - Pavillon du Verdurier Gallery. Limoj. Fransa. 2007 - Caban Art symposium. Ambazak, Fransa. 2007 - Urbaka symposium. Limoj, Fransa. 2006 - Müasir İncəsənət Simpoziumu. Bakı, Azərbaycan. 2006 -“The youth people century”, Moskva Rəssamlar Birliyi. Moskva, Rusiya. 2005 - “Vedat Tek”, Mədəniyyət və İncəsənət Mərkəzi. Kastamonu, Türkiyə. 2000 - “Utopi Province”, Mərmərə Beynəlxalq Treninq Universiteti. İstanbul, Türkiyə. 1998 - “Novruz – 98”, Azərbaycan Rəssamları Birliyi. Bakı, Azərbaycan.

İstinadlar

Xarici keçidlər Gənc və istedadlı azərbaycanlı rəssam Nail Ələkbərovun Fransada sərgisi keçirilmişdir Nail Ələkbərov "YARAT!" təşkilatı Nail Ələkbərovun "Yeddi gözəl" layihəsini təqdim edib

Kateqoriya:Azərbaycanlı rəssamlar