Ağlabatan müddət — mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddətidir.Farlex, Inc., Free legal dictionary definition , accessed 16 April 2017

Prosessual hüquqda ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir.

Bu, ABŞ hüquq terminidir və uzun illər mübahisə predmeti olmuşdur. Müvafiq ifadə adətən hər hansı hərəkətin yerinə yetirilməsi və ya ödəmələrin edilməsi ilə bağlıdır, lakin bir çox məhkəmə işlərində problemlərə səbəb olmuşdur, çünki qeyri-müəyyən bir müddəti əhatə edir. Vahid Kommersiya Məcəlləsinin 2-206(2)-ci maddəsi tələb edir ki, əgər hər hansı müddət müəyyən edilməyibsə, ofertanın (təklif) qəbulu "ağlabatan müddət" ərzində edilməlidir:

Tələb olunan icranın xüsusi formada qəbulu tələb olunduğu hallarda, ağlabatan müddət ərzində oferentə aksept haqqında bildiriş göndərilmədikdə oferent təklifi qəbul edilməzdən əvvəl gecikmiş hesab edə bilər.Legal Information Institute, UCC 2-20692): Offer and Acceptance in Formation of Contract , accessed 16 April 2017

Avropa İttifaqı hüququ Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasında aşağıdakılara istinad edir:

Yaxşı idarəçilik hüququ:

Hər kəs öz işlərinin İttifaqın institutları, orqanları, idarələri və qurumları tərəfindən qərəzsiz, ədalətli və ağlabatan müddətdə baxılması hüququna malikdir (Maddə 41).

Səmərəli hüquqi müdafiə vasitələri və ədalətli məhkəmə araşdırması hüququ:

Hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir (Maddə 47).European Parliament, Council and Commission, Charter of Fundamental Rights of the European Union , 26 October 2012

Beləliklə, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə hərtərəfli və obyektiv baxılmasıdır. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması işin xarakterini və mürəkkəbliyini nəzərə alaraq vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Avropa Məhkəməsi bir sıra qərarlarında ağlabatan müddətin qiymətləndirilməsində bir neçə faktorun nəzərə alınmasının vacibliyini bildirmişdir: işin mürəkkəbliyi, iddiaçının davranışı, məhkəmə və ümumiyyətlə dövlət hakimiyyəti orqanlarının hərəkətləri və ərizəçi üçün riskin dərəcəsi.C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI. Bakı şəhəri, 6 iyun 2014-cü il

1998-ci ildə Avropa Ədalət Məhkəməsi Aİ rəqabət qaydalarının pozulmasına görə Almaniyanın Baustahlgewebe şirkətinə tətbiq edilən cəriməni azaltmışdır. 1989-cu ildə Avropa Komissiyası 14 qaynaqlı polad boru istehsalçısının rəqabəti qanunsuz məhdudlaşdırdığını müəyyənləşdirmişdir.European Commission, Decision 89/15/EEC, 2 August 1989 Baustahlgewebe 20 oktyabr 1989-cu il qərarından şikayət etmiş, lakin birinci instansiya məhkəməsi həmin şikayətdən sonra beş il altı ay ərzində, yəni 6 aprel 1995-ci ilədək iş üzrə qərar qəbul etməmişdi. Ədalət Məhkəməsi işə ağlabatan müddət ərzində baxılmadığını müəyyən etmiş və 3 milyon EKU cəriməni 50,000 EKU azaltmışdı (1,67% azalma).European Court of Justice, Press Release 81/98, The Court of Justice applies "reasonable time" rule and reduces fine imposed on company, 17 December 1998

İstinadlar

Həmçinin bax Directgov Hüquq lüğəti Lektrik Hüquq Kitabxanası

Kateqoriya:ABŞ hüquqi terminləri