Konstantin Şulqan (; d. 11 iyul 1965, Bereza, Brest, Belarusiya SSR, SSRİ) — Belaruslu bürokrat və siyasətçi. Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri (18 avqust 2018-ci ildən)caspianinnovation.az .
Həyatı Konstantin Şulqan 11 iyul 1965-ci ildə Belarusiya SSR-in Brest rayonunun Bereza şəhərində doğulmuşdur.
1989-cu ildə Minsk Ali Hava Hücumundan Müdafiə Mühəndisliyi Ali Məktəbini bitirmişdir.
1991-ci ildən 2008-ci ilədək Belarus Dövlət İnformasiya Təhlükəsizliyi Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır.
2008-ci ildən 2018-ci ilədək Belarus Respublikasının Prezidenti yanında Əməliyyat Analitik Mərkəzində zabit vəzifədə xidmət etmiş, 2016-cı ildə həmin Mərkəzin sədr müavini vəzifəsinə təyin olunmuşdur.
O, 18 avqust 2018-ci ildə Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri vəzifəsinə təyin olunmuşdur.
İstinadlar
Kateqoriya:Belarusda doğulanlar Kateqoriya:Belarus nazirləri