Nazmi Solok (; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri.

Hərbi fəaliyyəti 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi.

27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi.

2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi. 29 noyabr 1988-ci ildə nəşi Türkiyə Dövlət məzarlığına köçürülmüşdür.

Medal və təltifləri "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

Həmçinin bax Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi

Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 94.

Kateqoriya:1876-cı ildə doğulanlar Kateqoriya:1956-cı ildə vəfat edənlər Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi