() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Cənubi-Şərqi Braziliya, Şimali Argentina və Paraqvaydır. ABŞ-in cənub ştatlarında, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Çində, Cənubi Afrikada, Sakit okean və Karib dənizinin adalarında yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 7–10 m olan, şaquli budaqlı kiçik ağacdır. Qısa, güclü budaqlı gövdəsi vardır. Yarpaqları uzunsov lansetvari, lələkvari, uzunluğu 10-22 sm-dir, 3-15 xırda yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları oval formalı, uzunluğu 3-6 sm, eni 2-3,5 sm, kənarları dişlidir. Xırda, ağ, çiçəkləri süpürgələrə yığılmışdır. Yumru giləmeyvəlidir, diametri 4–5 mm-dir, 1 toxumludur, qırmızı rənglidir. Bəzən onları çəhrayı bibər və ya qırmızı bibər adlandırırlar.

Ekologiyası Quraqlıq sevəndir. Torpağın münbitliyinə dözür.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində introduksiya olunmuşdur.

İstifadəsi Tərkibində aşı maddəsi vardır. Dekorativ görünüşlüdür. Bir çox yeməklərin hazırlanmasında istifadə edilir.

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1820-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Qidalar