Əsgərlər unudulanda ölürlər — 2018-ci ildə Azərbaycanda istehsal olunmuş tammetrajlı sənədli filmƏsgərlər unudulanda ölürlər . azertag.az, 11.10.2018 .

Texniki məsələlər Jurnalist Arif Əliyevin "Yalama" povesti əsasında ekranlaşdırılmış bu film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur.

Film ARB televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır.

Filmin çəkilişləri dörd ay davam etmişdir. Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılmışdır.

Məzmunu Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir.

Musiqi Bəstəkar Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib. Belə ki, filmdə istifadə olunan mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Arif Əliyev Rejissor: Rövşən Almuradlı"Əsgərlər unudulanda ölürlər" — "Yalama" ekranlaşdırılır . aznews.az, 20.08.2018 Baş operator: Rafiq Əliyev Bəstəkar: Vaqif Gərayzadə Montaj və qrafika: Pərviz Səlimov İcraçı direktor: Nicat Məmmədov Prodüser: Arif Əliyev

Təqdimatı 20 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir“Əsgərlər unudulanda ölürlər” sənədli filminin təqdimatı . turan.az, 19.11.2018 .

Təqdimatla bağlı ən üzücü hadisə 2019-cu ilin 2 aprel tarixində olmuşdur. Belə ki, həmin gün səhər saatlarında şəhərin Sülh küçəsində Qubaya rejissoru olduğu "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatına getməyə hazırlaşan Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşir. Əraziyə dərhal təcili tibbi yardım çağırılır. Lakin o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişirAzərbaycanın tanınmış rejissoru dayanacaqda vəfat edib- FOTO . xeberle.com, 02.04.2019 .

İstinadlar

Xarici keçidlər "ayna.az" "YouTube" kanalının "Əsgərlər unudulanda ölürlər" adlı verilişinin videosu Filmin Sumqayıtda təqdimatı "Bakı Press Klub" "YouTube" kanalında "Əsgərlər unudulanda ölürlər" filmi

Kateqoriya:2018-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı sənədli filmlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti haqqında filmlər