Qaraciyər (yun. hepar, ) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir.

Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – və aşağı basıq visseral səthi – . Yuxarı səthi peritondan əmələ gəlmiş vasitəsilə iki paya bölünür: sağ pay – və sol pay – ; sağ pay sol paydan böyük və qalındır. Diafraqma səthində yuxarı hissə – , ön hissə – , sağ hissə – və dal hissə – ayırd edilir. Aşağı səthi bir az arxaya çevrilmişdir və üzərində üç şırım vardı: biri kındələn – qaraciyər qapısı – və ikisi boylamadır (sağ və sol). Bu şırımlar hamısı bir yerdə "H" hərfinə bənzəyir. Sağ boylama şırımın ön hissəsində ödlük və arxa hissəsində aşağı boş vena yerləşmişdir, ona görə ın hissəyə ödlük çuxuru – , arxa hissəyə – deyilir.

Daxili quruluşu Qaraciyər mürəkkəb borulu vəzilərdən olub, bir çox paycıqlardan – ibarətdir. Paycıqları təşkil edən atmalar qaraciyər epitel hüceyrələrindən əmələ gəlmişdir. Qaraciyər paycıqları şəkilcə çoxbucaqlı olub, bir-biri ilə birləşdirici toxuma vasitəsilə birləşmişdir. Paycıqların daxilində retikulyar liflərdən təşkil olunmuş tor vardır; bu liflər, ehtimal ki, qaraciyər kapillyarları endotelinin törəmələridir. Həmin endotel faqositoz vəzifəsinə malik ulduzabənzər (Kupfer adlanan) hüceyrələrdən ibarətdir.

Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir. Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazım gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin parçalanması, bağırsaqlarda yağların parçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.

Seqmentar quruluşu Son zamanlar qaraciyərdə paylardan başqa seqment adlanan daha kiçicik hissələr ayırd edilir. Seqment (embrioloji yox) həndəsi bir anlayış olub qaraciyərin qapı venasının böyük bir şaxəsinə və bunu müşayiət edən qaraciyər arteriyası şaxələrinə və öd axacaqlarına müvafiq bir hissəsinə deyilir. Qaraciyər seqmentlərinin miqdarı çox müxtəlif olur, odur ki, başqa-başqa müəlliflər müxtəlif rəqəmlər göstərir. Əgər müəlliflər qaraciyərdə dörd – ön, dal, içəri və bayır seqment – qeyd edirlər. Ön seqment qaraciyərin sağ payının diafraqma səthinin ön və yuxarı hissələrini, dal seqment – həmin səthin dal hissəsini və sağ payın visseral səthini, içəri seqment – kvadrat və quyruqlu payları və bayır seqment- bütün sol payı tutur.

Qaraciyərin damar və sinirləri Qaraciyərə qan iki damar ilə gəlir: qaraciyərin xüsusi arteriyası – və qapı venası – qaraciyərin ümumi arteriyasından başlayaraq iki şaxəyə bölünür: . Sağ şaxədən ödlüyə məxsus gedir. Qaraciyərin xüsusi arteriyasının sağ və sol şaxələri sağ və sol paylara daxil olaraq, orada bir çox şaxələrə – bölünür; bu şaxələr qaraciyər parenximasını, birləşdirici toxumanı və seroz qişanı qidalandırır.

Seroz qişası və fiksasiya aparatı Qaraciyərin xarici, arxa kənarından və üzərində olan şırımlardan başqa seroz qişa – ilə örtülüdür. Bu qişa adlanan sərt birləşdirici toxuma qatı vasitəsilə qaraciyərə bitişmişdir. Seroz qişa olmayan nahiyyələrdə lifli qişa çox qalındır. Və qaraciyər qapısından qapı venasının şaxələri ilə bərabər qaraciyərə daxil olub onları müşayiət edir. Qaraciyərin seroz qişası diafraqmaya və qonşu üzvlərə keçdikdə bir neçə bağ əmələ gətirir: Qaraciyərin orağabənzər bağı – , Sağ və sol tac bağlar – , Sağ və sol üçbucaq bağlar – , Qaraciyər – böyrək bağı – , Qaraciyər – mədə bağı – , Qaraciyər – onikibarmaq bağırsaq bağı – , Qaraciyər – çənbər bağırsaq bağı – .

Bunlardan üç əvvəlinciləri qaraciyəri diafraqmaya və yerdə qalanı mədəyə, onikibarmaq bağırsağa, sağ böyrəyə, çənbərbağırsağa təsbit edir. Tac bağlar ilə qaraciyər-böyrək bağı bir qatdan, başqaları isə iki qatdan əmələ gəlmişdir.

Qaraciyərin fiksasiya olunması: arxa kənarını diafraqmanın aşağı səthinə bitişdirən birləşdirici toxumadan, sıx surətdə öz şaxələri ilə qaraciyərin parenximasına birləşmiş aşağı boş venadan, qaraciyərin tac bağından, qarın basması təzyiqindən asılıdır.

Topoqrafiyası Qaraciyər qarın boşluğunda yerləşmişdir. Sağ payı sağ qabırğaaltı nahiyəsini () və qarınüstü nahiyəsini () və sol payı sol qabırğaaltı nahiyəsini () tutur. Qaraciyərin yuxarı hüdudu sağ tərəfdə – üzərində – V qabırğa qığırdağının bərabərində, orta xətdə – əsasında və sol tərəfdə – üzərində – VI qabırğa qığırdağı bərabərində olur. Beləliklə, qaraciyərin paylarının vəziyyəti diafraqma künbəzlərinə uyğundur və sağ pay sol paydan yuxarıdadır. Qaraciyərin yuxarı hüdudu arxada IX döş fəqərəsi bərabərinə, üzərində – IX qabırğaarası sahəyə və üzərində – VII qabırğaarası sahəyə uyğundur. Aşağı hüdudu arxada XI döş fəqərəsi bərabərindən başlayaraq, qabırğa qövsünün aşağı kənarı ilə VIII vä VII qabırğa qığırdaqları bir-biri ilə birləşən yerədək gedir; buradan yuxarı və sola qalxaraq, sol tərəfdə VIII vä VII qabırğa qığırdaqları bir-biri ilə birləşdiyi yerdə yuxarı hüduda keçir. Qadınlarda qaraciyər, ümumiyyətlə, bir az aşağı olur; qocalarda da bir qabırğa aşağı enir. tənəffüs və orqanizmin vəziyyəti qaraciyərin topoqrafiyasını dəyişdirir. Nəfəs alıb-verən zaman qaraciyər diafraqmanın hərəkətini təqib edir, belə ki, nəfəs aldıqda 2–3 sm aşağı enir və nəfəs verdikdə bir o qədər yuxarı qalxır. İnsan ayaq üstə durduğu və oturduğu zaman qaraciyər aşağı enir; uzandığı vəziyyətdə isə öz yerini tutur.

Sintopiyası Qaraciyər bir çox qonşu üzvlərlə rabitədədir. Onun konsinstensiyası yumuşaq olduğu üçün hansı üzvə söykənirsə, o üzvün izi onun üzərində qalır və nəticədə aşağıdakı basıqlar əmələ gəlir: ürək basığı – qaraciyərin sol payının diafraqma səthində; mədə basığı – sol payın visseral səthində olur və mədənin kiçik əyriliyi ilə ön səthinə məxsusdur; qida borusu basığı – sol boylama şırımın arxa ucunda yerləşir və qida borusunun qarın hissəsinə məxsusdur; mədə çıxacağı basığı – kvadrat payda olur; onikibarmaq bağırsaq basığı – quyruqlu pay üzərində yerləşmişdir və onikibarmaq bağırsağın yuxarı ucuna məxsusdur; çənbər bağırsaq basığı – sağ payın visseral səthinin ön hissəsindədir və özü də çəmbər bağırsağın sağ əyriliyinə və köndələn çəmbər bağırsağın sağ ucuna məxsusdur; böyrək basığı – çənbər bağırsaq basığından arxaya və sağ tərəfdə olur və sağ böyrəyə məxsusdur; böyrəküstü basıq – sağ payın visseral səthinin arxasında olur və sağ böyrəküstü vəziyə uyğundur.

Ödlük və öd axacaqları Bax:Öd kisəsi

Qaraciyərin vəzifəsi Qaraciyərin vəzifəsi çox müxtəlifdir. Birinci növbədə o, vəzi olduğu üçün məhsul – öd və sidik cövhəri ifraz edir. Məlum olduğu kimi öd onikibarmaq bağırsağa tökülüb həzm prosesi zamanı sərf olunur. Sidik cövhəri əvvəlcə qana keçir və sonra buradan böyrəklər vasitəsilə sidiyin tərkibində xaric olur. Qapı venası qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanılır və sonra bədənə lazım olduqca üzüm şəkəri halında qana buraxılır. Bundan əlavə qaraciyərdə rüşeym dövründə qırmızı qan kürəcikləri hasil olur, beləliklə o, qanyaradıcı vəzifə ifa edir. Qaraciyər mühafizə vəzifəsini də daşıyır – kapillyarlarının endotel hüceyrələri (Kupfer hüceyrələri) retukul-endotel sistemə aid olub faqositoz vəzifəsini görür (bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələri zərərsiz hala keçirir.) Qaraciyərin endokrin (daxili sekresiya) vəzifəsi də qeyd olunur. Qaraciyəri toksinlərdən təmizləyən qidalar. Toksinlərdən xilas olan qaraciyər ümumi sağlamlığı və zahiri görünüşü yaxşılaşdırır. NKPI. AZ AZƏRTAC-a istinadla qaraciyərin toksinlərdən təmizlənməsi prosesini sürətləndirən ərzaqların siyahısını təqdim edir. Su Təmiz içməli su qaraciyər üçün ən yaxşı köməkçilərdən biridir. Həkimlər günə bir stəkan su içməklə başlamağı və onu eyni tərzdə — su içməklə başa vurmağı məsləhət görürlər. Kifayət miqdarda su orqanizmi kimyəvi maddələrdən və toksinlərdən – onun əsas filtri olan qaraciyərdən keçən bütün komponentlərdən xilas olmağa şərait yaradır. Onların bədəninizdə uzun müddət qalmasının istəmirsinizsə, o zaman su için. Sarımsaq : Sarımsağın tərkibindəki kükürd birləşmələri qaraciyər fermentlərini aktivləşdirməyə kömək edir, bununla da onun süzgəcdən keçirmə qabiliyyətini gücləndirir. Bundan başqa, sarımsaq allisin və selenlə zəngindir ki, bu maddələr də qaraciyəri zədələnmələrdən qoruyurlar. Sarıkök Bu ədviyyatdan istifadə qaraciyər hüceyrələrinin regenerasiyasını stimullaşdırır, həmçinin ödün təbii ifrazını artırır. Bu da toksinlərin bədəndən xaric edilməsi prosesini sürətləndirir. Limon: İlıq su və limondan ibarət içki – qaraciyəri təmizləmək üçün əla vasitədir. Belə bir məlumat var ki, qaraciyər limonlu suya cavabında daha çox ferment ifraz edir. Alma : Almanın tərkibində çox güclü flavonoidlər var ki, bunlar da orqanizmdə baş verən iltihab proseslərinə qarşı mübarizə aparmağa qadirdir. Bununla yanaşı, meyvənin tərkibinə orqanizmi arzuolunmaz maddələrin toplanmasından təmizləməyə kömək edən pektin kimi sellüloz daxildir. Çuğundur: Az qulluq tələb edən bu tərəvəz öd yollarını toksik zədələnmələrdən əla müdafiə edir. Qaraciyəri sağlam saxlamaq istəyirsinizsə, tez-tez bişmiş çuğundur yeyin. Çuğundurun qaraciyərə olan faydalı təsirini artırmaq üçün onu dilimləyib bir az sarıkök və istiot əlavə edin. Sarıkökdə olan kurkumin maddəsi qaraciyərdə iltihabı azaldır, istiot isə sarıkökün təsirini daha da artırır. Avokado : Avokadonun tərkibindəki birləşmələr orqanizmi qaraciyər zədələnmələrindən yaxşı müdafiə edir. Xüsusən onlar orqanı zəhərli maddə olan qalaktozaminlə zədələnməkdən müdafiə edirlər. Keşniş : Bu göyərti orqanizmdən ağır metalları kənarlaşdırmaq xassəsinə malikdir. Ağır metalların təsirindən qaraciyərdə ciddi zədələr əmələ gəlir.

Öd Bax: Öd

Qaraciyərin və ödlüyün inkişafı və variantları Qaraciyər onikibarmaq bağırsağın ön divarından : entodermal epiteldən inkişaf edir. Onun mayası onikibarmaq bağırsağın ventral çözünün (müsariqəsinin) () səfhələri arasına daxil olur. Qaraciyər inkişaf etdikcə onikibarmaq bağırsaqdan uzaqlaşır və onunla yalnız ümumi öd axacağı vasitəsilə rabitədə qalır. İlk dəfə qaraciyərin mayası onikibarmaq bağırsaq ilə qarnın ön divarı arasında intraperitoneal – periton daxili vəziyyətdə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq qaraciyər sağa və yuxarıya doğru yerini dəyişir. Arxa kənarında olan seroz qişasını itirərək mezoperitoneal vəziyyət alır. Öd kisəsi və onun axacağı ümumi öd axacağı divarından inkişaf edir.

Anamaliya variantları Qaraciyərin paylara bölünməsi və ya "əlavə qaraciyər"; Qaraciyərin sağ qabırğa altında yerləşməsi; Öd kisəsinin zəif inkişaf etməsi; Qoşa öd kisəsinin olması; Öd kisəsinin arakəsmə fasitəsilə bölünməsi; Öd kisəsinin qaraciyərin sol payının visseral səthində yerləşməsi (bəzən öd kisəsiin dərində qaraciyər kütləsində ya da ön kənarından xeyli arxada yerləşməsi); Öd axacaqlarının miqdarının artması;

Yaş və fərdi xüsusiyyətləri

Yaş xüsusiyyətləri Yenidoğulmuşlarda qaraciyər yetişmiş şəxslərə nisbətən çox böyük, nisbi çəkisi isə 3–4 dəfə artıq olur. Yetişmiş şəxslərdə bədən çəkisinin 1/50-ə bərabər olduğu halda yenidoğulmuşda bu nisbət 1/20 olur. Yeni doğulmuşun qaraciyərinin çəkisi 150 q-dır. Xüsusən sol pay artıq inkişaf etmiş olur. Rüçeym həyatının iki aylığında hər iki pay bərabər olur. Topoqrafik cəhətcə ön kənarı – sağ məmə xətti üzərində qabırğa qövsündən 2.6–3,8 sm aşağı çıxır, deləki qarın boşluğunun çox hissəsini tutmuş olur. Yenidoğuluşda qaraciyər xeyli mütəhərrik olur; kütləsi yumuşaq və damarlarla zəngindir, quruluşunun paylı olması bir o qədər də nəzərə çarpmır.