Frans Mehrinq (; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosof və tarixçi, ədəbiyyat tənqidçisi. O, Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) sol qanadının əsas nəzəriyyəçilərindən biri olmuş, sonradan Roza Lüksemburq və Karl Libknext ilə bərabər Spartak İttifaqının və Almaniya Kommunist Partiyasının (AKP) yaradılmasında iştirak etmişdir.

Həyat və fəaliyyəti

Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. Leypsiq Universitetində klassik filologiya təhsili almış, daha sonra fəlsəfə və tarix sahələrinə yönəlmişdir. 1882-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək elmi dərəcə almışdır. Əvvələr burjua radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci Dünya müharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehrinq "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.

Gənc yaşlarından jurnalistika ilə məşğul olan Merinq müxtəlif qəzet və jurnallarla əməkdaşlıq etmişdir. İlk dövrlərdə liberal fəlsəfi görüşlərə malik olsa da, 1880-ci illərin sonlarında Karl Marks və Fridrix Engelsin əsərlərini öyrənərək marksizm mövqeyinə keçmişdir.

Tarixin materialistcəsinə anlayışı problemlərinin işlənib hazırlanmasında, marksist ədəbiyyatşünaslıq və sənətşünaslığın formalaşmasında, marksist estetikanın prinsiplərinin hazırlanmasında Mehrinqin əməyi çoxdur. Mehrinqin ən başlıca elmi xidmətlərindən biri də K.Marks və F.Engelsin əsərlərinin tədqiq və nəşr etməsi olmuşdur. Mehrinq marksist tarixşunaslıgın inkişafında da mühüm rol oynamışdır. Bu sahədə ən əhəmiyyətli işi 4 cildlik "Almaniya sosial demokratiyasının tarixi" əsəridir. K.Marksın Mehrinq tərəfindən yazılmış tərcüməyi-halı parlaq üslubu ilə fərqlənir. Lakin digər alman soldatları kimi Mehrinq də bir sıra məsələlərdə səhvlərə yol vermişdir (K.Marks və F.Engelsin Kommunistlər İttifaqında və Birinci İnternasionalda antiproletar cərəyanlara qarşı mübarizəsinin mahiyyətini, Birinci Dünya müharibəsinin imperialist xarakterini dərk edə bilməməsi, alman fəhlə hərəkatında Lassalın və onun tərəfdarlarının xidmətini şişirtməsi və s.)

Siyasi və nəzəri fəaliyyəti

1891-ci ildə Almaniya Sosial-Demokrat Partiyasına daxil olan Merinq tezliklə partiyanın nəzəri və mətbuat orqanlarında aparıcı fiqurlardan birinə çevrilmişdir. 1902–1907-ci illərdə "Leipziger Volkszeitung" qəzetinin baş redaktoru olmuşdur.

Birinci Dünya müharibəsi dövründə ASDP-nin sosial-şovinist mövqeyinə və hərbi kreditlərə dəstək verməsinə qarşı çıxmışdır. O, Roza Lüksemburq və Karl Libknext ilə bərabər anti-müharibə mövqeyində duran internasionalları birləşdirən "Spartak İttifaqı"nı () təsis etmişdir.

Əsərləri və irsi

Frans Merinq marksist tarixşünaslığın və ədəbiyyatşünaslığın banilərindən biri hesab olunur. Onun 1918-ci ildə nəşr etdirdiyi "Karl Marks: Onun həyat tarixçəsi" () əsəri Marksın ilk klassik bioqrafiyası hesab olunur.

Əsas əsərləri və tərcümələri Lessinq haqqında əfsanə (, 1893) — Tarixi materializm baxımından alman klassik ədəbiyyatının təhlili. Alman Sosial-Demokratiyasının tarixi (, 1897–1898) — Fəhlə hərəkatının hərtərəfli tarixi tədqiqi. Karl Marks: Onun həyat tarixçəsi (, 1918) — Karl Marksın həyat və fəaliyyətinə həsr olunmuş klassik bioqrafik əsər (rusca nəşri: Moskva, 1957). K. Marks və F. Engels — elmi kommunizmin baniləri — Marksizmin nəzəriyyəçilərinin fəaliyyətini işıqlandıran tədqiqat əsərinin nəşri (Moskva, 1960). Müharibə və hərb sənəti tarixi üzrə oçerklər — Hərb tarixinin sosial-siyasi aspektlərinin təhlilinə həsr olunmuş tədqiqatlar məcmusu (6-cı nəşr, Moskva, 1956). Ədəbi-tənqidi məqalələr — Müəllifin estetik və ədəbiyyatşünaslıq baxışlarını əks etdirən məqalələr məcmusu (Moskva-Leninqrad, 1964).

Vəfatı

Səhhətində yaranan ciddi problemlərə və ahıl yaşına baxmayaraq, inqilabi mübarizəsini davam etdirən Merinq 1919-cu ilin yanvarında yaxın dostları Roza Lüksemburq və Karl Libkxnehtin qətlə yetirilməsindən bərk sarsılmışdır. Bu hadisədən iki həftə sonra, 28 yanvar 1919-cu ildə Berlində vəfat etmişdir.

Həmçinin bax

Karl Marks Fridrix Engels Roza Lüksemburq Spartak İttifaqı Almaniya Sosial-Demokrat Partiyası Leo Yoxiqes

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

"Qızıl medal"sız əlaçı, Leninin qartalı, bir qətlin 43 il gecikmiş etirafı

Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Dramlar Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Bioqrafiya (janr) Kateqoriya:Almaniya tarixçiləri Kateqoriya:Almaniya ədəbi tənqidçiləri Kateqoriya:Almaniya filosofları Kateqoriya:Almaniya inqilabçıları Kateqoriya:Almaniya jurnalistləri Kateqoriya:Almaniya kommunistləri Kateqoriya:Almaniya sosial-demokratları Kateqoriya:Almanlar Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:Kommunistlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Publisistlər Kateqoriya:Siyasi ədəbiyyat Kateqoriya:Pomeraniya şəxsləri Kateqoriya:Siyasi yazıçılar