Ktheju tokës () — Albaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.

Yonida Maliçi "Ktheju tokës" mahnısı ilə Albaniyada keçirilən sayca 57-ci Festivali i Këngës mahnı festivalında qələbə qazanmış və ölkəsini həmin mahnı ilə İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi və sözləri alban bəstəkarı Eriona Ruşitiyə aiddir.

Maliçi Wiwibloggs saytına verdiyi müsahibədə mahnının həm albanlar üçün, həm immiqrantlar üçün və həm də bütün dünya insanları üçün yazıldığını söyləmişdir. Mahnının sözlərində Kosovo müharibəsinin ardınca yaşanan alban immiqrasiyası mövzusuna toxunulur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Albaniya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsindəki mahnılar Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2019-cu ilin sinqlları Kateqoriya:2019-cu ilin mahnıları Kateqoriya:2010-cu illərin balladaları