Vaqif Kərimov (tam adı: Kərimov Vaqif Yunus oğlu; ) — geologiya‑mineralogiya elmləri doktoru, professor (2001), Rusiya Federasiyasının əməkdar elm xadimi (2026). İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri.

Həyatı Kərimov Vaqif Yunus oğlu 1949-cu il iyulun 5-də Bakıda anadan olub. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "dağ mühəndisi-geoloq" ixtisası üzrə bitirib. 1975-ci ildə V.Kərimov "Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının kəşfiyyatı" mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda "Stratiqrafik, litoloji və kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi nümunələri, axtarış metodikası və kəşfiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı kafedrasının müdiridir.

Hazırda Neft və Qaz İnstitutunun direktorunun elmi məsləhətçisidir.

Ailəsi Akademik Sübhi Salayevin bacısı oğludur. Evlidir, 3 övladı var.

Siyasi fəaliyyəti Vaqif Kərimov 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur. 1993-cü ildə 4 iyun Gəncə qiyamı və ardınca hakimiyyət dəyişikliyi baş vermiş, Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən şəxs vəzifəsinə seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynov, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir.

Yeni yaranan partiyanın sədri əvvəlcə Qabil Hüseynli, müavinlərdən biri Mübariz Qurbanlı olub. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə partiyaya üzv olmuş və partiyanın həmsədri olmuşdur. 1994-cü ildən Vaqif Kərimov da partiyanın həmsədri olmuşdur. Azərbaycan Demokratik İstiqlal Partiyası dövlət qeydiyyatından keçmişdir. Vaqif Kərimov istisna olmaqla, digər partiya üzvləri də zamanla partiyanı parçalayaraq Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.

2010-cu il parlament seçkiləri sonrası Vaqif Kərimov sədrliyi Şöhrət İsmayılova təhvil vermişdir.

2026-cı ilin mart ayında Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Vaqif Kərimov Rusiya Federasiyasının "Əməkdar Elm Xadimi" fəxri adına layıq görülüb.

Təltif və mükafatları 1970 — “Rəşadətli əməyə görə” medalı 1971 — Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı 1976 — Qırmızı Əmək Bayrağı ordeni 1977 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı 2016 — Dostluq medalı - Vyetnam Sosialist Respublikasının Dövlət Mükafatı 2019 — Rusiya Federasiyasının əməkdar geoloqu 2023 — Rusiya Federasiyası Prezidentinin Fəxri diplomu. 2026 — Rusiya Federasiyasının əməkdar elm xadimi

İstinadlar

Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Azərbaycan geoloqları Kateqoriya:Azərbaycanlı geoloqlar Kateqoriya:SSRİ geoloqları Kateqoriya:Rusiya geoloqları Kateqoriya:XX əsr geoloqları Kateqoriya:XXI əsr geoloqları Kateqoriya:Azərbaycan Demokratik İstiqlal Partiyasının sədrləri