Unibank – 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş və Azərbaycanda fəaliyyət göstərən ən iri özəl banklarından biridir.
Haqqında Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir.
Missiya Unibankın missiyası, müştərilərin ilk seçimi olmaq və müştərilərə yönəlik (müştəri yönümlü) maliyyə xidmətləri və innovativ həllər təqdim etməklə, bütün maraqlı olan tərəflər üçün uzunmüddətli dəyər yaratmaqdır.
Bank məhsulları
Albalı kart Albalı Kart — 4 bank məhsulunu özündə birləşdirən beynəlxalq kartdır. Azərbaycan kart bazarı üçün bir ilk olan Albalı beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu:güzəşt müddətli kredit xətti, taksitli ödəmə imkanı olan Albalı kartı, depozit və debet kartı özündə birləşdirir. Hal-hazırda bu kartın satışı dayandırılıb.
UBank UBank 24/7 bank xidmətlərinə çıxışı smartfonda təmin edən mobil tətbiqdir. Ödənişləri banka gəlmədən, smartfonda bir toxunuşla həyata keçirmək mümkündür.
Leobank Leobank Azərbaycanın ilk neobankı, 2021-ci ildə istifadəyə verilmiş Unibank kommersiya bankının mobil tətbiqidir. Leobank kartları ilə birbaşa tətbiqdə kredit limiti əldə edə, şəxsi vəsaiti saxlaya, keşbek ala və müxtəlif ödənişlər etmək olar.
UCard UCard — kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartdır. UCard Unibank müştərisinə istər ölkə daxilində, istər xaricdə tək kart məhsulu ilə istədiyi əməliyyatları etmək, debet və kredit imkanlarından rahatlıqla istifadə imkanı yaradır, hər 4 hesabdan əməliyyat etmək, bank hesablarını görmək, UCard-ın əsas hesabını seçmək mümkündür.
Mükafatlar Deloitte & Touche LLC şirkətinin araşdırmasına əsasən Unibank Mobile (UBank) MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. "Markswebb" agentliyinin araşdırmasına əsasən Unibank Mobile (UBank) Azərbaycanda ən yaxşı mobil bank əlavəsi hesab olunur. UBank — NETTY2018 National Internet Award NETTY2018 Milli İnternet Mükafatının "İlin Mobil Əlavəsi" nominasiyasında qalib seçilib. Həmçinin UBank tətbiqi "NETTY2021" Milli İnternet Mükafatının Biznes və Maliyyə nominasiyası üzrə "İlin ən yaxşı mobil tətbiqi" olaraq seçilib.
Rəhbərlik Eldar Qəribov – Müşahidə Şurasının sədri Faiq Hüseynov — Müşahidə Şurasının üzvü, Müşahidə Şurasının sədrinin müavini Emin Quliyev – Müşahidə Şurası sədrinin müavini Kamen Zaxariyev – Müşahidə Şurasının müstəqil üzvü Verner Klaes — Müşahidə Şurasının müstəqil üzvü Valentin Morozov - Idarə Heyətinin Sədri, İcraçı Direktor David Qabelaşvili – İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Andrii Qrab – İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı İlkin Quliyev - İdarə Heyətinin üzvü, Pərakəndə Biznes və Marketinq üzrə Baş İnzibatçı
Həmçinin bax Unibank Premyer Liqası 2009/2010
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan bankları Kateqoriya:2002-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:15 oktyabrda yarananlar Kateqoriya:Bakı şirkətləri