Durbaş () — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd.

Etimologiyası Bu kəndin adı Azərbaycan dilindəki dur (dayan, qalx) və baş (üst, yuxarı, yüksək, hündür) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu isə kəndin yüksək yerdə yerləşməsi ilə əlaqədardır.

Coğrafiya Durbaş kəndi Təkab bölgəsinin cənub-şərqində yerləşir. Sabil, Qırxlı və Tamay kəndləri ilə həmsərhəddir. Kənd dağlıq ərazidə yerləşdiyindən qışı çox qarlı və soyuq keçir.

Əhalisi 2006-cı il məlumatına görə kənddə 1.067 nəfər yaşayır (231 ailə). Durbaşlıların çoxu demək olar ki müxtəlif şəhərlərə o cümlədən Tikantəpə, Zəncan, Urmiya,Təbriz, Tehran və Kərəc kimin şəhərlərə köçmüşlər. Təxminən 10.000 nəfərə yaxın Durbaşlı yuxarıda adları çəkilən şəhərlərdə yaşaşayır. Milli tərkibi Durbaş kəndində yaşayanların şiə etiqadlı Azərbaycan türklərindən ibarətdirlər. Durbaşlılar Avşar boyundandırlar.

İqtisadiyyat Bu kənddə yaşayanların əsas gəlir qaynağı əkinçilik, davar saxlamaq və arıçılıqdır. Ancaq son illərdə meyvəçilik də az miqdarda olsa inkişaf etmişdir.

Görməli yerlər Durbaş kəndinin əsas görməli yerlərindən biri Ənsarlı Xoca Yaqubun türbəsidir. Bununla yanaşı Durbaş qalası və kəndin daxilində köhnə hamam öz mövcudluğunu qoruyur.

Adətlər Durbaşlılar yaz fəsilinin sonuncu cümə günündə Xoca Yaqıb türbəsinə gedərək onu ziyarət edirlər. Bu kənddə yaşları 50-dən yuxarı olan kişilərin adının sonuna sayğı və hörmət əlaməti olaraq ka şəkilçisini əlavə edirlər. Misal: Əlika, Hüseynka və s.

İstinadlar

Kateqoriya:Təkab şəhristanının kəndləri