Gülağa Tapdıq oğlu Zeynalov () — milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, ustad tarzən, dosent.

Həyat və fəaliyyəti Gülağa Zeynalov 1956-cı il aprel ayının 28-də Şuşa şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Şuşa Musiqi Məktəbini, 1974-cü ildə Xankəndi Orta İxtisas Musiqi Məktəbini və 1980-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Tarzən 1980–1982-ci illərdə M. M. Nəvvab adına Şuşa Orta İxtisas Musiqi Məktəbində müəllim, 1984–1986-cı illərdə Şuşa rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışmış, 1993–1995-ci illərdə Şuşa Dövlət Musiqili Dram Teatrının drijoru olmuşdur. Hər il Gürcüstan Respublikasının Dmanisi rayonunda (Başkeçid) keçirilən Borçalı Türklərinin Elat Mədəniyyəti Günlərində Qarabağ Üçlük Muğam Qrupunun rəhbəri kimi Qarabağın tanınmış ziyalıları ilə birgə Qarabağ həqiqətlərinin təbliğində böyük rolu olmuşdur. Gülağa Zeynalov Rusiyanın, Ukraynanın, Qazağıstanın, Türkiyənin, Almaniyanın iri konsert salonlarında çıxış etmişdir. Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak etmişdir.Əziz dostumuzu itirdik-VIDEO-YENİLƏNDİ

Dirijorluq etdiyi komediyalar "Arşın mal alan" Ü. Hacıbəyov; "Durna" S. Rüstəmov; "Özümüz bilərik" S. Ələsgərov; "Nənəmin şahlıq quşu" V. Adıgözəlov.

Mükafatları Gülağa Zeynalov respublika və Ümumittifaq festivallarının, o cümlədən 1986-cı ildə keçirilən Ü. Hacıbəyov adına xalq çalğı alətləri I respublikalararası müsabiqənin laureatı olmuşdur.

Ölümü Gülağa Zeynalov 2015-ci ilin 2 yanvar tarixində vəfat etmişdir.

Xatirəsi 2016-cı ildə tarzən Gülağa Zeynalovun həyat və yaradıcılığına həsr olunmuş rejissoru Əlinasir İmanlı olmuş "Sarı simin sızıltısı" adlı film çəkilmişdir.

Həmçinin bax Tarzən Sarı simin sızıltısı (film, 2016)

Xarici keçidlər TANINMIŞ TARZƏN GÜLAĞA ZEYNALOV Tarzən Gülağa Zeynalov dünyasını dəyişib

İstinadlar

Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan tarzənləri