Bəhmən Quliyev (Quliyev Bəhmən Hidayət oğlu; d. 14 fevral 1969. Qırıxlı, Xanlar rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, Professor. İ.İ.Meçnikov adına Şimal‑Qərb Dövlət Tibb Universitetinin urologiya kafedrasının professoru.

Həyatı Quliyev Bəhmən Hidayət oğlu 1969-cu il fevralın 14-də Azərbaycan Respublikasının Göygöl rayonunun Qırıxlı kəndində anadan olub. 1986-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi fərqlənmə ilə bitirib və təhsilini davam etdirmək üçün Leninqrada göndərilib. 1993-cü ildə İ.P.Pavlov adına Sankt-Peterburq Tibb Universitetinin müalicə fakültəsini bitirib. O, 1993-1996-cı illərdə “urologiya” ixtisası üzrə internatura və klinik ordinaturada təhsil alıb. 1996-cı ildən Rusiyanın Şimal-Qərb bölgəsinin ən böyük stasionarlarından biri olan 2 saylı şəhər çoxprofilli xəstəxanasının urologiya şöbəsinin ordinatoru vəzifəsində çalışır. 2010-cu ildə bu şöbənin bazası əsasında Rusiyanın bütün regionlarının, eləcə də MDB ölkələrinin xəstələrinə yüksək ixtisaslı yardım göstərən Elmi-Praktik Urologiya Mərkəzi yaradılıb. B.Quliyev bu elmi-praktik mərkəzin direktor müavinidir. 2003-cü ildə ona tibb elmləri namizədi, 2008-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib. 2006-cı ildə “urologiya” ixtisası üzrə ali ixtisas dərəcəsi alıb. 2010-cu ildən B.Quliyev İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetinin urologiya kafedrasının professorudur.

Karyera və Üzvlük

Müqəddəs Fedorovun adı. Sankt-Peterburq Elmi Uroloqlar Cəmiyyətinin həqiqi üzvü Rusiya Uroloqlar Assosiasiyasının üzvü Rusiya Onkoloqlar Assosiasiyasının üzvü Avropa Urologiya Assosiasiyasının üzvü Dünya Endourologiya Assosiasiyasının üzvü Ümumdünya Urologiya Assosiasiyasının üzvü Urologiya bülleteni” jurnalının redaksiya heyətinin üzvü

İstinadlar

Kateqoriya:Göygöl rayonunda doğulanlar