Gül Baba (əsl adı Cəfər; ) — bir Bəktaşi Babası, dərviş və şair olub. Doğum yeri Amasyanın Merzifon ilçəsidir.

Şəxsiyyəti Osmanlı Sultanı Qanuni Sultan Süleymana təsir edən və Avropa hücumlarına qatılan önəmli bir Bəktaşi Babasıdır. Həyat yolu Övliya Çələbi tərəfindən yazılı mənbələrə köçürüldü. Rəvayətə görə, başından gülü, əlindən isə taxta qılıncı əskik olmazmış. Döyüşlərdə başının üstündə bir gül daşıdığı üçün "Gül Baba" deyə adlandırırdılar. Bu rəvayət nəsildən-nəslə ötürülür.

Əsərləri Miftah'ül Gayb (şeir və nəsrlər) Güldəstə (şeir və nəsrlər)

İrsi Danimarkalı Andersen tərəfindan 1841-ci ildə Gül Babanın həyatı qələmə alınmışdır. Macar bəstəkar Jenö Huszka tərəfindən 1905-ci ildə Budapeştdə Gül Baba simfonik opera əsərini yaradılmışdır. Macarıstanda 2006-cı ildə türklər tərəfindən Gül Baba Vəqfi qurulmuşdur. Macar rəssam Franz Eisenhut tərəfindən 1886-cı ildə Gül Babanın tablosu yaradılmışdır. Gül Babanın Budapeştdə türbəsi ve heykəli yerləşir. alt=Gül Baba türbəsindən Rózsadomb məhəlləsinin panoraması|center|thumb|500x500px|Gül Baba türbəsindən Rózsadomb məhəlləsinin panoraması

Həmçinin baxın Gül Baba türbəsi Gül Baba (opera) Gül Baba (tablo) Gül Baba heykəli Gül Baba Vəqfi

Qalereya

İstinadlar

Kateqoriya:Övliyalar Kateqoriya:Sufilər Kateqoriya:Bəktaşilik Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Sufi şairləri