Qao Çenyun (; ) — Çin seriyalı qatili və təcavüzçüsü. O, qurbanlarının bədənlərini təhrif etdiyinə görə Çin KİV-lərində "Çinli Qarındeşən Cek" adlandırılmışdır. Çenyunun 1988–2002-ci illərdə on bir qadını öldürdüyü ehtimal olunur.

Həyatı

Qətllər On dörd il ərzində Çenyun on bir qadını zorlamış, onları qətlə yetirmiş və bədənlərini təhrif etmişdir. Bu hadisələrin doqquzu Qansu əyalətinin Bayin şəhərində, ikisi isə DMMR-nın Baotou şəhərində gerçəkləşmişdir. Qurbanların hamısı qırmızı geyimdə idilər. Qurbanların ən azyaşlısı sadəcə səkkiz yaşında idi. İlk qətlin Çenyunun həyat yoldaşının dəstəyi ilə Bayin şəhərindəki bir marketdə gerçəkləşdiyi ehtimal olunur. O, adətən gündüz vaxtı fəaliyyət göstərər, qurbanlarını evlərinə qədər təqib etdikdən sonra onlara hücum edərdi.

Çenyun qurbanlarını bəzən sağ ikən, bəzən isə bıçaqlayaraq öldürdükdən sonra zorlayırdı. O, öldürdüyü qadınların bəzilərinin cinsi orqanlarını, ən azı birinin isə əl və döşlərini də kəsmişdir.

Həbs edilmə Çin polisi on bir qətli ilk dəfə 2004-cü ildə bir araya gətirmiş və qatili tapana 200.000 yuan məbləğində mükafat verəcəyini bəyan etmişdir. Çenyun yaxın bir qohumu kiçik bir cinayətə görə həbs edilməsinə qədər həbsdən qaça bilmişdir. Vaxtaşırı DNT testi zamanı şəxsin Çenyunla yaxın ailəvi münasibəti olduğu aşkar edilmişdir. Bunun əsasında Çenyun 26 avqust 2016-cı il tarixində Bayin şəhərində işlədiyi bir mağazada həbs edilmişdir. Çin Xalq Respublikası İctimai Təhlükəsizlik Nazirliyinin verdiyi məlumata görə Çenyun on bir qətlin məsulu olduğunu öz boynuna götürmüşdür. Çenyun 30 mart 2018-ci ildə ölüm hökmü ilə cəzalandırılmış, 3 yanvar 2019-cu ildə isə edam edilmişdir.

Şəxsi həyatı Qao Çenyun evli idi və iki övladı var idi.

İstinadlar

Kateqoriya:Qadın qatillər Kateqoriya:Edam olunanlar Kateqoriya:Çin seriyalı qatilləri Kateqoriya:Nekrofillər