Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət göstərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı.

Tarixi Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.

2001-ci ildə nazirlik turizm sahəsi ilə birləşdirilərək Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi kimi fəaliyyət göstərib; yeni nazirliyin Əsasnaməsi Prezidentin 18 sentyabr 2001-ci il tarixli 582 nömrəli Fərmanı ilə təsdiq edilib.

Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.

Fəaliyyəti Nazirlik hər il ölkənin bir şəhərini və ya rayonunu "İdman Paytaxtı", digərini isə "Gənclər Paytaxtı" elan edir; 2024-cü ildə İdman Paytaxtı Quba, Gənclər Paytaxtı isə Lənkəran olub. Nazirliyin 16 dekabr 2024-cü il tarixli Kollegiya iclasında Qazax 2026-cı il üçün "İdman Paytaxtı", Goranboy 2026-cı, İsmayıllı isə 2027-ci il üçün "Gənclər Paytaxtı" seçilib.

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası (ACES) Bakını 2026-cı il üçün "Dünya İdman Paytaxtı" seçib; 16 dekabr 2025-ci ildə titul rəsmi olaraq Monako-Vildən Bakıya təhvil verilib, mərasimdə nazir Fərid Qayıbov iştirak edib.

Strukturu Gənclərlə iş şöbəsi İdman şöbəsi İnsan resurslarının idarə edilməsi şöbəsi İctimaiyyətlə əlaqələr şöbəsi İqtisadiyyat şöbəsi Maddi-texniki təchizat şöbəsi Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsi İnformasiya texnologiyaları şöbəsi Beynəlxalq əlaqələr sektoru Hüquqi təminat sektoru Satınalmalar sektoru Daxili nəzarət və audit sektoru

Beynəlxalq əlaqələri Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əlavə protokol-1997 may 05 (Ankara) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikası Mədəniyyət, İdman və Turizm Nazirliyi (idman və turizm bölməsi) arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu-1996 aprel 10(İslamabad) Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş-1996 sentyabr 16 (Bakı) Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş-1997 fevral 18 (Bakı) Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında idman və gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş-1997 iyun 18 (Daşkənd)

Qurumlar Olimpiya İdman Kompleksləri Gənclər evləri və mərkəzləri İdman qurğuları Digər qurumlar

Nazirlər

İstinadlar

Xarici keçidlər Rəsmi sayti

Kateqoriya:Azərbaycan Gənclər və İdman Nazirliyi Kateqoriya:30 yanvarda yarananlar Kateqoriya:2006-cı ildə Azərbaycanda yarananlar